Xəbər lenti


OPEC + ölkələrinin enerji nazirləri səviyyəsində görüşü 6 iyunda keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması planını tam yerinə yetirməyən İraq ilə kompensasiya proseduru barədə danışıqlar apara bilib.

Xatırladaq ki, daha öncə iclasın razılaşmada iştirak edən bəzi ölkələrin istehsalı azaltmaq planının icrası ilə əlaqədar problemlər səbəbiylə 9-10 iyuna təxirə salındığına dair məlumat yayılmışdı.

Aprelin 12-də OPEC + ölkələri may-iyun aylarında neft hasilatını gündə 9,7 milyon barel azaltmaq barədə razılığa gəliblər.




Ana səhifəyə qayıt        Baxış: 2 453          Tarix: 5-06-2020, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma