Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
Ötən gün qiymətləri 64 $/b-i keçən neft bu gün yenidən ucuzlaşlamağa başlayıb.
Ovqat.com xəbər verir ki, hazırda London birjasında 1 barrel Brent markalı neft 63 dollara qədər enib.
Nyu-York əmtəə bazarında isə bir barrel WTI nefti isə 60 dollardan da aşağı düşüb – 59.7 $/b.
Ekspertlər dünənki yüksəlişi Süveyş kanalında ağır tonnajlı bir gəminin batmasıyla yaranmış tıxanma ilə izah edirlər. Gəminin yaratdığı bir neçə saatlıq tıxac neft qiymətlərinin kəskin artışına səbəb olub. Qurtarma çalışmalarının uğurla başa çatmasından sonra qiymətlər yenidən ucuzlaşmağa başlayıb.
Neftin qiymətlərinin getdikcə daha da ucuzlaşacağını təxmin edən ekspertlər bunu bazarda təklifin tələbi üstələməsi ilə əsaslandırırlar. Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, xam neft ehtiyatları keçən həftə təxminən 3 milyon barel artıb ki, bu da qiymətlərə öz təsirini göstərə bilər.
VI Investmen Corp baş əmtəə analitiki Vill Sungçill Yun isə neft qiymətlərindəki enmənin gələn həftə bir araya gələcək OPEC + -ə daha çox kəsintiyə getmək üçün təzyiq göstərə biləcəyinə inanır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar