
Xəbər lenti
Dünən, 19:29
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 12:13
Dünən, 11:11
Dünən, 00:11
17-10-2025, 22:39
17-10-2025, 21:42
17-10-2025, 20:56
17-10-2025, 20:00
17-10-2025, 17:30
17-10-2025, 16:30
17-10-2025, 15:16
17-10-2025, 14:30
17-10-2025, 13:42
17-10-2025, 12:30
17-10-2025, 11:11
17-10-2025, 10:21
17-10-2025, 09:27

2021-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat xərcləri təqribən 27 milyon dollar, əsaslı xərclər isə təqribən 11 milyon dollar olub.
“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, boru kəməri üzrə əməliyyat xərcləri 22,7 faiz, əsaslı xərclər isə 2,2 dəfə artıb.
İlin altı ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8 faiz çoxdur.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları - BP (28,8 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzSCP (10 faiz), NİKO (10 faiz), LUKOYL (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz).
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar