Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
"2022-ci ildə cari ilə nisbətən Azərbaycanda investisiya fəallığının artmağa başlaması gözlənilir".
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu isə növbəti ildə əsas kapitala investisiyaların real artım tepminin 2021-ci ilə nisbətən 3,6 %-ə çatmasını proqnozlaşdırmağa əsas verir: “Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, habelə əmək bazarında şəffaflaşmanın davam etməsi şəraitində ölkədə orta aylıq əmək haqqının 2022-ci ildə 807 manat təşkil etməsi proqnozlaşdıırlır.
2022-ci ildə İqtisadiyyat Nazirliyinin inflayasiya üzrə proqnozu 4 % təşkil edirdisə, orta aylıq əmək haqqının real artım tepmi 4,5 % səviyyəsində proqnozlaşdırılır. İnflyasiya proqnozu hazırlanarkən dünyada ərzaq bazarlarında qiymətlərin sabitləşməsi ilə bağlı beynəlxalq təşkilatların son proqnozları da nəzərə alınıb. Yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatının böyük dəyişikliklərə səbəb olacaq. Növbəti beş il azad edilmiş ərazirləin bərpası və ölkə iqtisadiyyatına inteqrasiyası baxımından tarixi dövr olacaq”.
Nazirin sözlərinə görə, 2022-ci ilin ilkin büdcə layihəsində dövlət investisiya qoyuluşunun ötən illə müqayisədə azaldılması nəzərdə tutulsa da, cənab Prezidentin şəxsi təşəbüssü ilə hazırkı büdcə layihəsində 850 milyon manat artırılaraq 2021-ci ilin səviyyəsinə yaxınlaşdırılıb.
"Bu da təbii olaraq investisiya planının həcminin artırılmasına, ölkə iqtisadiyyatının artım tempinə öz müsbət töhvəsini verəcək. Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının artmağa başlaması, iqtisadiyyatın şaxələnməsinin göstəricilərindən biridir", - M.Cabbarov bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar