Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Eureporter, Aİ 18.11.2021 Müəllif: Şahmar Hacıyev Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin nəticəsi regionda yeni geosiyasi mənzərənin yaranmasına səbəb olub. Bu, regional inteqrasiya və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Doğrudur, inteqrasiyaya hələ də bir çox maneə var – Ermənistan müxalifətindən tutmuş, Qərbdəki nüfuzlu erməni lobbisi şəbəkəsinə qədər. Lakin fakt odur ki, bu inteqrasiya bütün Qafqaz regionuna ciddi iqtisadi faydalar vəd edir. Əlbəttə, əgər mövcud problemlər aradan qaldırılarsa... Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini işğal etmiş Ermənistan keçən dövrdə onun şəhər, kənd və qəsəbələrini dağıdıb, avtomagistrallar və dəmir yolları kimi mühüm əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturu məhv edilib, onlar arasında əlaqə kəsilib. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri uzun illərdir ki, bağlıdır. Odur ki, bu illər ərzində regional əməkdaşlıq və iqtisadi inteqrasiya mümkün olmayıb. İkinci Qarabağ müharibəsi isə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin ötən il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatla başa çatıb. Demək, qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açılıb. Söhbət regionda bütün nəqliyyat dəhlizlərinin açılmasından gedir. Sənədin 9-cü maddəsində deyilir ki, “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təşkilinə və hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanət verir”. Bu, o deməkdir ki, Azərbaycan Sünik regionu (Azərbaycanca Zəngəzur) vasitəsilə ölkənin qərb hissəsi ilə Naxçıvan arasında yol infrastrukturunu bərpa edəcək. Amma Zəngəzur dəhlizi strateji nöqteyi-nəzərdən tək Bakı deyil, regionun bütün ölkələri üçün böyük önəm daşıyır. Bu dəhliz nəticəsində bölgədə bütün avtomobil və dəmir yolları açılacaq. Əlbəttə, Zəngəzur dəhlizinin açılması konkret Bakı üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki bu, ona məxsus Naxçıvan Muxtar Respublikasının uzun illərdir davam edən blokadasına son qoyacaq. Yerevanın maraqlarına gəlincə, Ermənistan Azərbaycan vasitəsilə Rusiya ilə dəmir və avtomobil yolu əlaqəsi quracaq. Üstəlik, onun dəmir yolları şəbəkəsi İranın dəmir yolları ilə də birləşə bilər. Bütün bunlar Ermənistan iqtisadiyyatının inkişafını stimullaşdıracaq. Yeri gəlmişkən, “Berlin Economics”in təhlilinə əsasən, münaqişənin həlli və Yerevanla Bakı arasında ikitərəfli münasibətlərin normallaşması Ermənistanın ticarət əlaqələrinə çox müsbət təsir göstərəcək. Məsələn, onun ticarət dövriyyəsi artacaq, Azərbaycan və Türkiyədən Ermənistana daha ucuz qiymətə məhsullar tədarük olunacaq, Ermənistanın ixrac məhsulları bahalaşacaq. Beləliklə, bu gün bir məsələ tam aydındır: kommunikasiya və nəqliyyat əlaqələrinin açılması iqtisadi inkişafa və inteqrasiyaya töhfə verəcək. Bu isə öz növbəsində, sülh prosesinə yardım göstərəcək. Demək, Zəngəzur dəhlizinin açılması ilə Ermənistanla Azərbaycan ikitərəfli münasibətlədə yeni səhifə aça bilər. Çünki bu zaman hər iki tərəf regional iqtisadi inteqrasiyadan faydalanacaq. Amma postmünaqişə dönəmində erməni cəmiyyətində Zəngəzur dəhlizinin açılmasına qarşı olan qüvvələr var. Onlar nəqliyyat əlaqələrinin açılmasını siyasi məğlubiyyət kimi qəbul edir və revaşist fikirləri dəstəkləyirlər. Ermənistanın baş naziri Nikol Paşinyan isə hələ bir müddət əvvəl bölgədə nəqliyyat əlaqələrinin açılması haqda müsbət danışırdı. O, MDB Dövlət Başçıları Şurasının iclasında deyib ki, “yaxın günlərdə konkret nəticələr əldə edəcəyimizə ümid edirik. Bu, o deməkdir ki, Ermənistan Azərbaycan vasitəsilə Rusiya və İrana, Azərbaycan isə Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına avtomobil və dəmir yolları ilə çıxış əldə edəcək”. Paşinyan vurğulayıb ki, Yerevanla Ankara arasında münasibətlərin normallaşması Ermənistanla Azərbaycan arasındakı problemlərin nizama salınmasını sürətləndirəcək. Azərbaycana gəlincə, Bakı dəhlizin tam fəaliyyət göstərməsini dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, “Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik”. Bütün bunlar onu göstərir ki, 10 noyabr bəyanatı bütün tərəflərin srateji maraqlarına uyğundur. Bu arada, Azərbaycan artıq azad edilmiş ərazilərdə lazımi infrastrukturun bərpasına və yenidən qurulmasına başlayıb. Bu prosesdə Türkiyə, İtaliya və İsrail kimi müxtəlif ölkələrin şirkətləri fəal iştirak edir. Bakı Qarabağda “ağıllı şəhər”lər tikməyə çalışır. Üstəlik, o, bu ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadə etmək fikrindədir. Məqsəd regionun enerjiyə olan tələbatının bu yolla ödənilməsidir. Azərbaycan avtomobil yolları və şəhərlərin bərpası, Füzuli, Laçın və Zəngilanda beynəlxalq hava limanlarının tikilməsi yolu ilə Qarabağı iqtisadi və turizm mərkəzinə çevirmək istəyir. Bu məqsədlə Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının tikintisi də həyata keçirilir. Bu avtomobil yolları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturu ilə bağlı icra edilən önəmli layihələrdən biridir. Onlar Azərbaycanın azad edilmiş Laçın, Qubadlı və Zəngilan rayonlarından keçir. Magistral avtomobil yolları 30-dan çox yaşayış məntəqəsini əhatə edəcək. Buraya Laçın və Qubadlı şəhərləri də daxildir. Əhmədbəyli-Füzuli-Şuşa və digər avtomobil yollarının da tikintisi mühüm əhəmiyyət kəsb edir. Bu layihələr azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq. Azərbaycanın bu gün Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yollarının bərpası ilə də məşğuldur. Üstəlik, Füzuli-Şuşa dəmir yolu da tikilir. Onun uzunluğu 83,4 kilometr olacaq. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, həmçinin 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin topoqrafik tədqiqat işləri tamamlanıb və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir. Bu arada, Qarabağın “hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının bu il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılması diqqətəlayiq hadisədir. Füzuli aeroportu 44 günlük müharibə nəticəsində azad edilmiş Qarabağda tikilən ilk beynəlxalq hava limanıdır. Onun uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin qəbuluna imkan verir. Ona Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu, Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Beləliklə, Qarabağ regionundakı beynəlxalq hava limanları turizm sahəsinin inkişafın əsas katalizatoru olacaq. Bu isə öz növbəsində, bölgənin iqtisadiyyatının inkişafına töhfə verəcək. Göründüyü kimi, Azərbaycan Qarabağda sürətli bərpa işləri aparır. Bununla o, regional iqtisadi inteqrasiya prosesinə öz töhfəsini verir. Bölgədə beynəlxalq hava limanlarının tikintisi bir neçə səbəbə görə Bakı üçün mühüm əhəmiyyət kəsb edir. Birincisi, bu, Qarabağ regionunda yük və sərnişin daşımalarının miqyasını artıracaq. Məsələn, Zəngilan Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin bir hissəsi olacaq. Odur ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvana, buradan isə Türkiyəyə yük daşımaları daha sərfəli olacaq. İkincisi, Qarabağ regionunun xüsusilə Kəlbəcər, Laçın və Şuşanın çox böyük turizm potensialı var. Demək, bu hava limanları turizm sahəsinin inkişafına töhfə verəcək. Üstəlik, həmin hava limanları insanlara qeyd edilən rayonlara rahat və daha qısa zaman kəsiyində səfər etməyə imkan yaradacaq. Unutmaq olmaz ki, Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini uzun illər işğal altında saxlamasından, bu üzdən uzun illər davam etmiş münaqişədən həm azərbaycanlılar, həm də ermənilər çox əziyyət çəkib. Lakin iki xalq arasındakı qanlı müharibə artıq sona çatıb. İndi regional iqtisadi inteqrasiya dövrüdür. Məlum olduğu kimi, Avropa ölkələrinin inteqrasiyası məhz İkinci Dünya müharibəsinin başa çatmasından sonra iqtisadi layihələrin həyata keçirilməsi, ilk öncə polad və kömür sahəsində əməkdaşlıqla başlayıb. Bu əməkdaşlıq inteqrasiyada iştirak edən ölkələrin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətinə əsaslanırdı. Bu, Azərbaycan və Ermənistan əhalisini də gözləyir. Çin atalar sözündə deyildiyi kimi, “sülh və sabitlik min külçə qızıla bərabərdir”. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar