Xəbər lenti

"Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

“Report” bu barədə agentliyin nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

“2022-ci ilin sonunda Azərbaycanın strateji ehtiyatları 58 milyard dollar (2022-ci il üçün +5,9 milyard dollar) səviyyəsində qiymətləndirilir. Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 14,9 faiz bəndi artacağını proqnozlaşdırırıq. 2023-2024-cü illərdə - ÜDM-in 68,7%-nə qədər, bu müqayisə olunan ölkələr qrupunda ən yüksək göstəricidir”.




Ana səhifəyə qayıt        Baxış: 3 585          Tarix: 1-04-2023, 09:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma