Xəbər lenti
 
İşçilərinə ən yüksək maaş verən ölkələrin hansı olduğunu bilmək istəyirsiniz?
Ovqat.com istinadən xarici mətbuata istinadən daha çox maaş verdikləri üçün vətəndaşı olmaq istəyəcəyiniz 10 ölkənin siyahısını təqdim edir.
1. Amerika
Bu ölkə birinciliyini qoruyur və illk qazanc 40 min dollardan aşağı deyil. ABŞ bol təbii sərvətlərə malik bir yer olması ilə yanaşı, dünyanın ikinci ən böyük ixracatçısı və ən böyük idxalçısı mövqeyindədir. Həftədə ən azı 33-36 saat işləyən amerikalılar maaşlarının 31 faizini vergiyə ödəyir.
2. Lüksemburq
Lüksemburqda vətəndaşların minimum illik qazancı 38 951 dollardır, ən yaxın rəqibi Norveçlə 5 500 dollar fərq var. Ölkənin böyük ixracat bazarı kimyəvi maddələr, kauçuk və sənaye maşın, maliyyə xidmətlər kimi qollardan ibarətdir.
3. Norveç
Norveç təbii ehtiyatları: neft, taxta-şalban, balıq, balıqçılıq və minerallar baxımından ən zəngin ölkələrindən biridir. Eynilə İsveçrə kimi insan haqları və azadlıqları ən yüksək səviyyədə təmin olunur. Həftədə 33 saat işləyərək cəmi 37,4 faiz vergi ödəyilər. Onların minimum illik qazancı isə 33 492 dollardır.
4. İsveçrə
İsveç sadəcə Alp Dağları və şokolad ilə məşhur deyil, həm də həyat keyfiyyətinə görə fərqlənir. Adətən dərman vasitələri, xüsusi kimyəvi maddələr, ölçü cihazları və musiqi alətləri istehsal edir. Həftədə 35 saat işləyən isveçlilərin ən az illik gəliri 33 491 dollardır.
5. Avstraliya
Avstraliya dünyada güclü iqtisadiyyatına görə məşhurdur. Dünyanın ən çox ixrac-idxal edən ölkəsində vətəndaşların illik maaşı 31 588 dollardır. Avstraliyalılar 27,7 faiz vergi verir.
6. Almaniya
Dünyanın ən intizamlı ölkəsi kimi tanınan Almaniyada bir illik minimum əmək haqqı 31 252 dollardır. Almanlar maaşlarının 49 faizini vergiyə ödəyir.
7. Avstriya
Avropanın ən gözəl ölkələrindən olan Avstriyada maaşlardan 49,4 faiz vergiyə tutulur. Bu ölkədə minimum illk maaş 31 173 dollardır, tamamilə pulsuz tibbi xidmətləri də öz yerində. Hətta Avstriyada müayinə də pulsuzdur.
8. Kanada
Kanadada həftədə 36 saat çalışaraq bir ildə minimum 29 365 dollar qazanmaq mümkündür. Maaşdan sadəcə 31 faiz vergi tutulur.
9. İsveç
Vətəndaşlarını universal tibbi xidmətləri və ali təhsil imkanları ilə təmin edən İsveç sosial sığortaya böyük əhəmiyyət verir. İllik qazancın 42,4 faizi vergiyə gedir. Bu ölkədə adi işçinin illik maaşı 29 185 dollardır.
10. Fransa
Fransa dünyanın ən böyük iqtisadiyyatına sahib olan yeddinci ölkədir. Həftədə 35-36 saat işləyən Fransa vətəndaşları əmək haqqının 49,4 faizini vergiyə ödəyir. Fransızların minimum illik gəliri 28 799 dollardır.
 




Ana səhifəyə qayıt        Baxış: 1 042          Tarix: 23-04-2017, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma