Xəbər lenti
27-11-2024, 19:25

 

7NEWS.az xəbər verir ki,son aylar Ali Təhsil müəssisələri ilə bağlı redaksiyamıza ilging məlumatlar daxil olmaqdadır. Görünən odur ki, Prezident seçkiləri öncəsi ölkə vətəndaşlarını narazı salan, öz vəzifələrindən sui istifadə hallarına yol verən məmurlar tezliklə öz cəzalarını alacaqlar. Ali təhsil müəssisələrini isə bazara çevirənlər ölkə gələcəyini məhvə sürükləməklə cəmiyyətə mənəvi zərbə vurmaqda davam edirlər.

Redaksiyamıza daxil olan növbə müraciət isə Kooperasiya Universiteti ilə bağlıdır. Universitetlərdə rəsmən bazardır.Rüşvət artıq az qala leqallaşdırılıb təhsil verilməli obyektlərdə. Belə "universitetlərdən” biri də Bakı Kooperasiya Universitetidir. Xural.com xəbər verir ki, bu haqda Əvəz Zeynallı özünün facebook səhifəsində status paylaşıb. "Diqqət Kooperasiya Universitetinə!” başlığı ilə yayılan statusu olduğu kimi diqqətinizə çatdırırıq. Jurnalist yazır:"Rəsmən bazardır – rektor-deputat Eldar Quliyevin dükanı da demək olar. Bu günlərdə mənə danışdılar buradakı dəhşətlərdən. Burada oxumaq rəsmən qadağan olunub. Hər tələbə başına 750 manat pul yığır, sonra qiymət yazırlar. Bir qız "oxuyacam” deyib pul verməyib, anadan olduğuna peşiman ediblər. 750 manat verməyənin imtahanları keçməsi imkan xaricində. Pul-rüşvət açıq yığılır. Heç kimin heç kimdən qorxusu yox.

Mikayıl Cabbarov indi də Vergilər Nazirliyini xaraba qoyur, onun yerinə kimsə təyin olunmayıb, millətin təhsili ağlar gündə. Guya korrupsiya ilə mübarizə aparan bir qurum var axı, onlar hara baxırlar? Olmayan cinayətlərə görə adam şərləyən bu qurumun başbilənləri Kamran Əliyev, general Əli Nağıyev, yoxsa tələbə başı 750 manat pul toplayıb qiymət yazan bu bazardan – Kooperasiya Universitetində baş verənlərdən xəbəriniz yoxdur?! Siz hər şeyi bilirsiniz axı?! O zaman bu dələduz-müəllim-dekan-rektor yığını 750 manatı necə toplaya bilirlər?! Şərikliyiniz var yoxsa?!”

Kooperasiya Universiteti rektoru, deputat Eldar Quliyevin "semestr siyasəti" ilə bağlı daha bir müraciət daxil olub. Dəqiqləşmə aparıldıqdan sonra yazını dərc edəcəyik.

7NEWS.az




Ana səhifəyə qayıt        Baxış: 1 396          Tarix: 1-04-2018, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma