Xəbər lenti

 

Türkiyənin sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu gün İstanbulda Qəzzanın müzakirə mövzusu olduğu iclas keçirib.

Ovqat.com “BBC”-yə istinadən xəbər verir ki, iclasın əsas müzakirə obyekti bazar ertəsi günü ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsinə Qəzzada etiraz edən 60 nümayişçinin israilli əsgərlər tərəfindən öldürülməsi və müsəlman ölkələrin hadisələrə verəcəyi reaksiya olub.

Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirib ki, ABŞ-ın bu addımı Yaxın Şərq sülh prosesini məhv edib: “ABŞ hakimiyyəti səfirliyini Qüdsə köçürərək böyük provokasiyaya imza atıb. BMT başda olmaqla beynəlxalq quruluşların bu mövzuda lazımi addım atması lazımdır. Birlik olmalı və bəzi ölkələrin ABŞ nümunəsini təkrar etməsinin qarşısını almalıyıq” deyib.

Çavuşoğlu “İsrailin insanlıq cinayətlərinə ən sərt reaksiya verməliyik. Fələstin məsələsinin həlli üçün məsuliyyət almalıyıq” deyə vurğulayıb.

“İsrailin işğalını, şiddətini və təzyiq siyasətini sonlandırmağın vaxtı gəlib. İsrailli əsgərlər hesabat verməlidirlər. Son nəticədə, Qüdsün tarixi statusunun dəyişdirilməsinə icazə verməyəcəyimizi hayqıracağıq” – M. Çavuşoğlu deyib.

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan da Səudiyyə Ərəbistanı kralı Salman və Küveyt əmiri Es Sabah daxil olmaqla bir çox müsəlman ölkəsinin liderləri ilə görüşdüyünü açıqlayıb.

İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra ən böyük hökümətlərarası təşkilatdır və 4 qitədə olmaqla 57 üzvü var.




Ana səhifəyə qayıt        Baxış: 312          Tarix: 18-05-2018, 19:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma