Xəbər lenti

 

Getdikcə qlobal hal alan dollardan imtina prosesinə bir yenisi əlavə olunub.

Ovqat.com xəbər verir ki, İran və İraq dövlətləri ticari əməliyyatlarda dollardan imtina etməyə qərar verib.

 İran-İraq Ticarət Palatası sədri Yəhya İshaqın mətbuata verdiyi açıqlamaya görə, İran və İraq arasındakı ticari əməliyyatlardan dollar çıxarılıb: “Ticari əməliyyatların bir çoxu avro, rial və İraq dinarı ilə həyata keçirilir".

İranla İraq arasındakı qeyri-neft məhsulları ticarətinin təxminən 8 milyard dollar olduğunu deyən İshaq buna baxmayaraq, banklar arasında aparılan pul transferinin olduqca aşağı səviyyədə olduğunu deyib.

İshaq bank problemlərinin həll edilməsinin İran iqtisadiyyatının əsas prioritetlərindən olduğunu qeyd edərək, iki ölkə arasında ortaq bir bank qurulması lazım olduğunu, ancaq bu məsələdə hələ də maneələrin mövcudluğunu söyləyib.

İranın məhsul ixrac etdiyi ölkələrin başında Çin gəldiyini, onu isə İraqın təqib etdiyini bildirən İshaqın bildirdiyinə görə, İranın Çinə ixracatının əsas hissəsini neft və neft-kimya məhsulları təşkil edir: “İraqa isə pomidor tomatından tutmuş tikinti materiallarına qədər yüksək məşğulluq təmin edən məhsullar ixrac edilir".

 Qeyd edək ki, İran dollardan imtina etməyə əslində məhkumdur. Çünki Tramp hakimiyyəti avqustun 7-də İranın ABŞ dollarına daxilolmasına də mane olan birtərəfli sanksiya paketini həyata keçirməyə başlayıb. İraq hökumət sözçüsü Səad əl-Hadisi də ABŞ-ın İrana qarşı sanksiyaları səbəbindən Bağdadın Tehranla apardığı maliyyə əməliyyatlarda Amerika dollardan istifadəsini dayandırmaq məcburiyyətində qaldığını etiraf edib.




Ana səhifəyə qayıt        Baxış: 659          Tarix: 2-09-2018, 09:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma