Redaksiyadan: Ölkə başçısı İlham Əliyevin Valday klubundakı çıxışının əhəmiyyətinin rəsmi təbliğat orqanları tərəfindən şişirdilərək təqdim olunması cəmiyyətimizdə əks-effekt verib. Redaksiyamıza ünvanlanan bir çox məktublarda da bu özünü açıq şəkildə göstərir.
Məktub müəllifləri Dağlıq Qarabağ konfliktinin sözlə “çözülməyə” çalışılmasının bayağı şəkildə təbliğiylə razılaşmır, hakimiyyətdən konkret fəaliyyət gözləyirlər.
Yazılarını vaxtaşırı dərc etdiyimiz İsa Bəhlulun “Şuşa . Soçi ! ?¿” adlı məqaləsi də YAP zehniyyətinin media siyasətinin toplumumuzda yaratdığı əks-sədanın ən gözəl örnəklərindəndir. “"Media" (AzərTac-04.10 ...) əlüstü bu olayı "sərt bəyanat" və "uğur" deyə tirajlayır” yazan İsa Bəhlul bu cür bayağı təbliğatla dünyanı özümüzə güldürdüyümüzə inanır.
Rəsmi təbliğat qurucularına ənənəvi siyasətlərinin ictimai rəydə yaratdıqları effekti əyani şəkildə görmələri və öz media siyasətinə yenidən göz gəzdirmələrini təmin etmək ümidilə yazını tirajlayırıq.
***
İsa Bəhlul
3 ay əvvəl düşmən Ermənistan dövlətinin Baş naziri Azərbaycanın sərhəddini pozub, Şuşa**da xalq rəqsimiz "Yallı"nın ritmi altında əzələ oynadaraq "Artsax Ermənistandır, Nöqtə"- deyir və Azərbaycana meydan oxuyur!? ..."regionun qüdrətli dövlətinin, güclü ordu"sunun rəhbəri, birbaşa işğalda iştirak etmiş və konservləşməsinə şərait yaradan RF-nin kurort şəhəri Soçidə keçirilən 《Valdai| Diskussion Club》un beynəlxalq tədbirində 3 aylıq sükutu digər kontr durğu işarəsi (!) ilə pozur: "Qarabağ Azərbaycanındır, Nida". "Media" (AzərTac-04.10 ...) əlüstü bu olayı "sərt bəyanat" və "uğur" deyə tirajlayır. Nəticə???
Hələlik susan bu xalqı, bu milləti jirinovskilərsayaq "qoyun"mu hesab edirsiniz? İqtidara və hakim partiyadan daha çox "yAp"-çılq edənlərə, əsasən də 4-cü《hak-t》-n "kapitan"larınadır sualım. Əgər sizlər (iqtidara yarınanlar) və xaraktercə sizlərə oxşar məddah "ziyalı"lar bunca çox olmasaydı və ya sizlərin öhdəsindən gələ bilsəydik, bu korrupsioner sistemi çoxdan demontaj etmiş və ərazi bütövlüyü başda olmaqla problemlərin əksəriyyətini də həll etmişdik. Həm də sizlinləyəm:- ailə, qohum, qonşu, tanış, yoldaş və s. kateqoriyaya aid sayılanlar, mane olduğunuz yetər!
Bu xalqı XXI əsrdə durğu işarələri ilə "mollanın cızığı ayaqlamaq" cəsarətinə qədər endirməkdə rejimə yardım etməkdən vaz keçin , güldürməyin (milli kimliyimizi, siz qorxaqlardan fərqli düz deyən erməniləri) aləmi bizə. İndi etdiyiniz hərəkətə, sabah bəraət uydurmaq zorunda qalmamaq üçün,elə indi , bu saat düşünün,daşının.
V!V! Münaqişənin həllinə yönəlik 10 illərlə uzanan nəticəsiz (hər 2 tərəfin rəsmi etirafı) danışıqların qapanmasına və sonuca varılmasına hesablanmış digər rasional variantların işə salınacağına, işarədirmi bu Nöqtə və Nida ?
04.10.2019 il.
*Artsax - de yure Azərbaycanın tərkib hissəsi, de fakto (>30 il) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ (DQ)-a ermənilərin uydurduğu ad.
**Şuşa - DQ bölgəsinə aid qədim Azərbaycan şəhəri
Paylaş: