“İranın bədxahları iqtisadi savaş ilə yanaşı media və təbliğat savaşını da gündəmə daxil ediblər. Buna görə də tənqidlər xeyirxahlıq və islahatların aparılması məqsədinə malik olmalıdır”.
Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri ali dini lider Xameneyi Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüşü zamanı bildirib.
İranın ali dini lideri ayətulla Amerika Birləşmiş Ştatları və İsraili iranlıları ruhdan salmaq üçün “media müharibəsi” aparmaqda ittiham edib: “Bu gün İslam quruluşumuz hərtərəfli bir iqtisadi savaş ilə üz-üzədir. Bu savaş vahid bir düşüncə otağı tərəfindən dəqiq və hərtərəfli formada istiqamətləndirilir. Amma, bu savaşın kənarında böyük önəm kəsb edən media və təbliğat savaşı da cərəyan etməkdədir və bəzən bu məsələ diqqətlərdən kənarda qalır”.
Xameneyi deyib ki, hazırda bu savaş daha ciddi və iri miqyaslı forma alıb: “Əldə olan məlumatlara görə, ABŞ və sionist rejimin casusluq orqanları media savaşı üçün geniş imkanlar yaradıblar və İran ictimaiyyətinin təbliğat və düşüncə atmosferini zəhərləməyə çalışırlar”.
Xameneyi ölkənin hazırkı şəraitində xalq və dövlət orqanları arasında birliyin mühüm məsələ olduğunu vurğulayıb.
Paylaş: