Xəbər lenti
Dünən, 19:25

 

Cənubi Azərbaycandan gəlib Üzeyr Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsil alan Mehdi Qazızadə otaylı tələbələrin ölkəmizdə qarşılaşdığı problemlərdən danışıb.

Ovqat.com xəbər verir ki, tələbə BBC-yə verdiyi açıqlamasında ən çox təhsil haqlarının yüksəkliyindən gileylənib.

Onun bildirdiyinə görə, Azərbaycan ali məktəblərində ödənişlər yüksək olduğundan bəzən cənublu tələbələr təhsillərini yarımçıq buraxıb məmləkətlərinə qayıdırlar. Bir başqa problem isə ictimai-iaşə xidmətlərinin və ev kirayə verənlərin əcnəbi tələbələrə turist kimi yanaşmalarıdır. Tələbədən daha artıq pul qazanmaq istəyən işbazların bu hərisliyi də onları çətin vəziyyətə salır və təhsillərini davam etdirməsinə mane olur.

Nəzərə alsaq ki, İranla tələbə mübadiləsi iki qardaş toplumun qaynayıb qarışmasına, mədəni inteqrasiyasına yol açır; soydaşlarımıza bəslədiyimiz bu münasibətlər milli maraqlarımıza xidmət etmir. Unudulmamalıdır ki, bu gün bütün dövlətlər qonşularla münasibətlərində “yumşaq güc” amilinə  böyük əhəmyyət verir və bu siyasətə özünün əsas təhlükəsizlik strategiyası kimi baxır. Çünki hansı ölkədə daha çox “yumşaq güc”ün olarsa, ordan sənə təhlükələr xeyli azalar, dostluq münasibətləri məhkəmlənər. Bütün bunları nəzərə alan müvafiq qurumlarımız iranlı tələbənin səsləndirdiyi fikirləri diqqətə almalı, sözügedən neqativlikləri aradan qaldırmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 455          Tarix: 9-10-2019, 01:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma