Xəbər lenti

 

“Təhlükəsizlik sahəsində Ermənistan üçün Rusiya ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır və alternativi yoxdur. Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını israr edən siyasilər ya məsuliyyətsizdirlər, ya da ələ alınıblar”.

“Report” xəbər verir ki, bunu hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyəti ilə bağlı sualı cavablandıran keçmiş prezident deyib: “Baş nazir Nikol Paşinyan Rusiya hərbi bazasının Ermənistandan dərhal çıxmasını tələb edən təcavüzkar, terrorçu kimi tanınan partiyanı (“Sansna srerr 2016-cı ilin yayında Yerevanda polis polkunu ələ keçirilən silahlı təşkilat-red.) dəstəkləyir. Faktiki olaraq, baş nazirin sosial bazası açıq-aşkar qərbyönlülərdən ibarətdir.

Bu səbəbdən Rusiya ilə hərtərəfli əməkdaşlığın tərəfdarı olan partiyalar, siyasətçilər mövcud hakimiyyətə inanmadıqlarından onu dəstəkləmirlər. Hakimiyyətin qərbyönlü siyasi baxışları Rusiyanın enerjidaşıyıcıları və bazarından asılığı ilə toqquşur.

Mənzərə doğurdan paradoksaldr. “Haçalanmış geopolitika”nın davam etməsi müddəti hakim elitanın konyuktur vəziyyətindən asılıdır.

Nəticədə Ermənistan konseptual proqramsız, birgünlük qayğılar rejimində, boş mənasız şüarlar və xarici siyasi kursu boyalanmış halda yaşayır”.

Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan R.Koçaryan bildirib: “Ermənistan tərəfinin səhvi ucbatından danışıqlar prosesində bizim mövqeyimiz zəifləyib. Baş nazirin “Qarabağ – Ermənistandır, vəssalam!” bəyanatı danışıqlar prosesində müqəddəratın təyini prinsipini məcrasından çıxardı. Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin ayaqüstü təmasları faktiki olaraq Vyana və Sankt-Peterburqda əldə etdiyimiz vacib razılaşmaları sıfıra endirib. Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatı münaqişənin tənzimlənməsində aydın mövqe formalaşdıra bilməməsi erməni tərəfinin konstruktivliyini şübhə altına salıb”.

“Ermənistan ağlara və qaralara bölünməklə pis ssenarilərə hazırdırmı” sualına cavabında Ermənistanın keçmiş prezidenti deyib ki, ölkənin təhlükəsizliyi silahlı qüvvələrin hazırlığından, silahların sayı və keyfiyyətindən asılı deyil: “Cəmiyyətin ovqatı, milli məsələlər ətrafında konsensus vacib amillərdəndir. Ölkə ictimaiyyəti indiki kimi ziddiyyətli vəziyyətdə heç vaxt olmayıb”.

O, Qarabağdakı erməni separtçı rejimi ilə rəsmi Yerevan arasındakı mürəkkəb münasibəti vurğulayaraq, Ermənistan ordusu generallarının alçaldılmasını cəmiyyətin vətənpərvərlik hisslərinə zərbə kimi qiymətləndirib.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, 230 nəfər yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi yenilənib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Keçmiş dövlət başçısı Konstitusiya quruluşunu devirməkdə ittiham olunur.




Ana səhifəyə qayıt        Baxış: 389          Tarix: 8-11-2019, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma