Xəbər lenti

 

YAP-ın Milli Məclisin buraxılması barədə qəbul etdiyi qərara reaksiyalar gəlməkdə davam edir. Bu yöndə ən müxtəlif mövqelərə, ehtimallara rast gəlməkdədir. Heç şübhəsiz ki, hər kəsi deputatların bu qərara münasibətləri daha çox maraqlandırır. 

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli müvafiq sualımıza belə cavab verib: “Bu söz-söhbətlər var idi. Amma məlum deyildi ki, seçkilər olacaq, yoxsa yox. Hər halda cəsarətli qərardır. Hesab edirəm ki, bu, Azərbaycan prezidentinin götürdüyü siyasi xəttə uyğundur, cəmiyyəti dəyişmək, novatorluq kimi islahatlar proqramının tərkib hissəsidir. Şəxsən parlamentdə söyləmişdim ki, istəyirəm qanunverici, məhkəmə hakimiyyəti icra hakimiyyətindən güclü olsun. Bu istiqamətdə yeni parlament, yeni nəfəs, güclü parlament olması yaxşı olardı. Şəxsən bunu təqdirəlayiq hesab edirəm. Cəmiyyətdə canlanma yaranır. Siyasi qüvvələr də xeyli dərəcədə fəallaşacaq. Hakim partiya bu addımı ataraq, prezidentə müraciət edib. Ölkə başçısının referendumdan sonra parlamenti buraxmaq səlahiyyəti yaranıb. Bundan istifadə olunub-olunmayacağını görəcəyik. Ümumiyyətlə, YAP deputatları parlamenti tərk etsələr, qanunverici orqan onsuzda buraxılır. Şəxsən mən bu gedişə uğurlu baxıram. Təbii ki, bu qərarı istəməyən qüvvələr də az deyil. Növbədənkənar seçkilərdə iştirak edib-etməməyə gəlincə, bu barədə partiyamız qərar verəcək. Düşünürəm ki, ən azından bu proseslər 6 ay çəkəcək. 2025-ci ildə həm parlament, həm də prezident seçkiləri var. Amma konstitusiyamızda bu iki seçkinin eyni vaxtda keçirilməməsi barədə müddəa var. İndi gözləyirik ki, nə vaxta seçkilər təyin olunacaq. Mən namizədliyimi partiyadan verirəm. Gizlətmirəm ki, yeni seçkilərdə iştirak etmək niyyətindəyəm”.




Ana səhifəyə qayıt        Baxış: 527          Tarix: 28-11-2019, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma