Xəbər lenti

 

Bu zamanadək girovları girovla xilas etmək mafiya işi hesab olunurdu. Yəni bir mafiya rəqibinin adamını girov götürəndə əks tərəf də eyni addımı atır, qarşılıqlı razılaşma əsasında əsirlər mübadilə olunurdular. Son zamanlar reketçilik həm də dövlət işinə çevrilib. 40 ildir bir-birinin düşməninə çevrilən ABŞ-la İranın son vaxtlar anlaşaraq əllərindəki əsirləri buraxması bunun ən bariz nümunələrindəndir.

Ovqat.com BBC-yə istinadən xəbər verir ki, İranla ABŞ arasında əsir mubadiləsi həyata keçirilib - İranda casusluq ittihamıyla həbs olunan Çin əsilli ABŞ tədqiqatçısı Xiyue Wang ABŞ tərəfinə, ABŞ-da həbs olunan iranlı alim, professor Məsud Süleymani isə İran tərəfinə verilib.

 

Xiyue Wang İranda 2016-cı ildə həbs edilib və xarici rəsmilərə işləməkdə günahlandırılıb, 10 il müddətinə azadlıqdan məhrum edilib və həmin müddətin üç ilini artıq çəkmişdi.

Xiyue Wang dissertasiyası işi çərçivəsində İranda tədqiqat aparıb. O, Amerika və Britaniya elmi təşkilatlarına ötürmək üçün məxvi məlumatlar əldə etməyə çalışmaqda ittiham edilmişdir.

Gövdə hüceyrələri sahəsində mütəxəssis olan Məsud Süleymani 2018-ci ildə ABŞ-da həbs edilib.

  

O, nüvə proqramına görə ölkəyə tətbiq olunan ticarət sanksiyalarını pozaraq İrana biomaterial ixrac etməyə cəhd göstərməkdə ittiham olunub.

Hər iki alim günahsız olduqlarını israr ediblər.

Xəbərdən də göründüyü kimi, ABŞ əslində Məsud Süleymanini öz alimini əsirlikdən xilas etmək üçün girov götürübmüş. Kim bilir, bəlkə İran da elə Xiyue Wangı hansısa tələbini qəbul etdirmək üçün göz altına alıbmış. Başqa sözlə desək, hər iki alim iki dövlət arasındakı höcətləşmənin qurbanı olublar.

Əsir mübadiləsinin illərdir ki, münasibətləri son dərəcə gərgin olan bu iki ölkə arasında qarşılıqlı əməkdaşlığın nadir bir hadisəsi olduğunu vurğulanır. Zira 1979-cu il İslam İnqilabından bəri ABŞ və İran arasında diplomatik münasibətlər yox vəziyyətindədir. İki dövlət arasında əsir mübadiləsi İsveçrə hökumətinin vasitəçiliyi ilə baş tutub.

 

İsveçrədə Xiyue Wang-ı ABŞ səfiri Edward McMullen qarşılayıb

İranın Xarici İşlər naziri Cavad Zərif Süleimani ilə birgə fotosunu paylaşaraq öz Twitter hesabında bunları yazıb: "Şadam ki, professor Məsud Süleymani və cənab Xiyue Wang tezliklə yaxınlarını görəcəklər".

ABŞ prezidenti Donald Trump da bu hadisə barədə fikirlərini bildirib: "Əsir götürülən amerikalıların sərbəst buraxılması mənim administrasiyam üçün böyük əhəmiyyət kəsb edir. Xaricdə əsir düşən vətəndaşlarımızın vətənə qayıtması üçün səylərimizi davam etdirəcəyik".

ABŞ İran tərəfinə alim Məsud Süleymanini, İran isə ABŞ-a tələbə Syue Vanı təhvil verib.

Süleymani 2018-ci ilin oktyabrında Amerikanın Minnesot ştatında FTB əməkdaşları tərəfindən heç bir ititham irəli sürülmədən həbs edilib. Syue isə 2016-cı ildə İranda casusluq şübhəsi ilə tutulub.




Ana səhifəyə qayıt        Baxış: 289          Tarix: 9-12-2019, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma