Xəbər lenti

  

Məşhur bir kəlam var: “Uğurun müəllifi çox, uğursuzluq isə yetim olar”.

Azərbaycan I Qarabağ döyüşlərindən ağ bayraq qaldıraraq ayrılsa da, vətənpərvər oğullarımızın fərdi uğurları da az olmayıb. Maraqlıdır ki, bu uğurlara iddia edənlərimizin sayı da xeyli böyükdür.

Naxçıvan Muxtar Respublikasının müdafiəsində əhəmiyyətli rol oynayan “Sportrota” da uğuru paylaşıla bilməyən hərbi bölüklərdəndir. Qəribə burasındadır ki, həmin bölüyün tərkibində döyüş yolu keçərkən göstərilən şücaətlər yox, onun kim tərəfindən yaradılması məsələsi bu gün daha çox gündəmə gətirilir. Bu da təsadüfi deyil. Çünki bu müzakirələrdə yükün əsas ağırlığını çiyinlərində daşıyanlar bir tərəfdə qaldığı halda, kənardan onların uğurunu seyr edənlər boy göstərirlər.

Bəs, bu kimi müzakirələrə əsl qəhrəmanlar necə baxırlar? Onların fikrincə, “Sportrota” hansı zərurətdən və kimlər tərəfindən yaradıldı?

Bu və bənzər sualları müzakirə etmək üçün “Hürriyyət”in  studiyasına, sözün bütün mənalarında əsl qəhrəmanları dəvət etdik. İlk qonağımız isə “Sportrota”nın komandiri Səfər Əliyev və keçmiş əsgər yoldaşları arasında hərbi bölüyün “qara qutusu” adı ilə tanınan Hikmət Qocayevdir.




Ana səhifəyə qayıt        Baxış: 760          Tarix: 22-08-2019, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma