Xəbər lenti

  

ABŞ tərəfindən İraqda qətlə yetirilən İran generalı Qasim Süleymaninin dəfn mərasimində böyük izdiham yaşandı. Hətta izdihamlar nəticəsində onlarla insan ayaqlar altında qalıb dünyasını dəyişdi.

Böyük izdihamların yaşanmasının səbəbi təkcə İrandan deyil, həm də Yaxın Şərqin müxtəlif ölkələrindən bu mərasimə xeyli qatılanların olmasıydı. İraq, Suriya, Livan kimi Azərbaycandan da dəfn mərasimində iştirak edənlər vardı. Əksəriyyəti Hüseynçilər təşkilatından olan azərbaycanlı əzadarlar əllərində generalın şəkilləri ilə yanaşı Azərbaycan bayrağı da daşıyırdılar. İştirakçılar arasında həddi-büluğa çatmayan uşaqların da yer aldığı gözdən yayınmır.

 

Qeyd edək ki, İranın SEPAH təşkilatı Yaxın Şərqdə ABŞ və Qərb imperializminə qarşı vuruşsa da, bir çox hallarda Azərbaycanı təhdid edən əsas qüvvələrdən biridir. İran rəsmiləri zaman-zaman ölkəmizi SEPAH işğalı ilə təhdid edib və milli maraqlarımızın tələbini yerinə yetirməkdən yayındırmağa çalışıb. Vaxtilə İranın Xarici İşlər naziri olmuş Manucöhr Möttəqinin adına yaradılan profildən bir müddət əvvəl Azərbaycana yağdırdığı təhdidlər bunun ən bariz sübutlarındandır. Azərbaycan xalqına və Türkiyəyə qarşı açıq təhqir elementlərini yer aldığı həmin paylaşımda özümüzü yaxşı aparmasaq, SEPAH-ın 2 saata ölkəmizi işğal edəcəyi bildirilirdi.

Müqəddəs dəyərlər niqabı altında aldadılmış soydaşlarımızın gözü açılsın deyə, həmin paylaşımın foto-şəkilini təqdim edirik.

 

Bunlar isə SEPAH-ın ən qüdrətli generalının dəfn mərasimində iştirak edən soydaşlarımızdır.

 




Ana səhifəyə qayıt        Baxış: 3 381          Tarix: 7-01-2020, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma