Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
Xəbər verdiyimiz kimi, gecə saatlarında İranın ABŞ-ın İraqdakı hərbi bazalarına çoxsaylı raket zərbəsi endirməsi haqda informasiyalar yayılıb.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, İran ABŞ-ın iki hərbi bazasına 15 raket buraxıb.
Pentaqon nümayəndəsi bildirib ki, 15 raketdən 11-i hədəfə dəyib. Bu barədə ABŞ-ın “Los Angeles Times” qəzeti məlumat yayıb. Məlumata görə, “Ayn əl-Əsəd” aviabazasında 10 raket partlayıb. Amerikalılar radarlarla raketlərin yaxınlaşmasını izləyib və şəxsi heyət sığınacaqlara qaçmağı bacarıb.
Raketlərdən biri Ərbildə İraq qoşunlarının təlim aldığı Birgə Əməliyyat Mərkəzinin binasına dəyib.
Raket hücumunu dəf etmək üçün cəhd edilməyib.
İran dərhal raket atəşinə görə məsuliyyəti öz üzərinə götürüb. Ölkə televiziyası raket atışlarının video-görüntülərini yayımlayıb.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Tvitter”də Tehranın cavabının "mütənasib" olduğunu bəyan edib. Nazir BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək raket zərbələrinin ABŞ-ın həmin bazalardan atdığı zərbələrə cavab olduğunu bildirib. C.Zərif İranın münaqişənin kəskinləşməsini istəmədiyini vurğulayıb.
ABŞ prezidenti Donald Tramp isə hadisəyə "Hər şey yaxşıdır!" sözləri ilə başlayan bir “tvit”lə reaksiya verib. Amerika liderinin cavabı ABŞ-ın dünyada ən yaxşı silahlara sahib olduğuna dair bir bəyanatla sona çatıb. Trampın Amerika vaxtı ilə səhər saatlarında rəsmi açıqlama verəcəyi gözlənilir.
Sultan Laçın
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar