Xəbər lenti

 

İranın olimpiadada medal qazanan yeganə qadın idmançısı Kimia Əlizadə ölkəsini tərk edib.

Ovqat.com xəbər verir ki, 21 yaşlı taekvondoçu qərarını sosial media hesabından açıqlayıb.

Əlizadə İran hökumətinin qazandığı medallardan siyasi maraq üçün istifadə etdiyini bildirərək yazıb: "Mən riyakarlığın, yalanın, haqsızlığın və yaltaqlığın bir hissəsi olmaq istəmirəm".

Bundan sonra  harda yaşayacağına aydınlıq gətirməyən Kimia Əlizadə 57 kiloqram çəki dərəcəsində 2016 Rio Olimpiadasında bürünc medal qazanmışdı.




Ana səhifəyə qayıt        Baxış: 1 856          Tarix: 13-01-2020, 09:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma