Bərdə Ağsaqqallar Şurası Zahid Orucun Milli Məclis üzvlüyünə namizədliyini müdafiə edib.
Axar.az xəbər verir ki, bu barədə Bərdənin həyatında böyük və müstəsna rolu olan rayonun Ağsaqqallar Şurasının bəyanatında qeyd olunub.
Başda rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov olmaqla, bütün rayon ağsaqqalları namizədin ötən illərdəki fəaliyyəti, gördüyü işlər, atdığı addımlar, əhali ilə daim təmasda olması, onlarla sıx işləməsi, Bərdənin parlamentdə səsi olması, sadəliyi, mehribanlığı, bütün müraciətləri tez bir zamanda cavablandırması, Qarabağın bir istehkam kimi daim dövlətin diqqətində saxlanılması üçün atdığı xüsusi addımlar nəzərə alınaraq, 94 saylı Bərdə kənd seçki dairəsinin bütün məntəqələrinə uyğun fəaliyyət göstərən Ağsaqqallar Şurasının dayaq nöqtələri 9 fevralda baş tutacaq parlament seçkilərində Zahid Orucu dəstəkləmələri barədə qərar qəbul ediblər.
Qeyd edək ki, Ağsaqqallar Şurasının Bərdənin həyatında xüsusi yeri var və onların ictimai nüfuzu, hər bir Bərdə sakinin üzərində olan mənəvi təsirləri həmişə olub və yüksək də qiymətini görüb.
Paylaş: