Xəbər lenti

Lora Rozen

“Əl-Monitor”, 18.03.2020

Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər dünyanı bürüyən koronavirus xəstəliyinə qarşı mübarizə aparmaq üçün İrana humanitar yardım göstərmək təklifi irəli sürüb. Bəzi ekspertlər və keçmiş siyasətçilər isə ABŞ və İran arasında “virus diplomatiyası” aparmağa çağırıblar.

İran bir gecədə koronavirusdan ölüm hallarının kəskin şəkildə 15% sıçrayış edərək 147 nəfər olduğunu bildirib. Tehran COVİD-19-dan ölənlərin sayının 1.35 və təsdiqlənmiş yoluxma halların ümumi sayının 17.361 nəfərə çatdığını açıqlayıb.

İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi bu gün İranda 43 nəfərin koronavirus xəstəliyinə tutulduğunu və hər saatda 3 yoluxmuş insanın öldüyünü söyləyib.

Dünya Səhiyyə Təşkilatının (DST) başçısı BƏƏ hökmdarı, Abu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zaidin tənəffüs xəstəliyinə qarşı mübarizə aparmaq üçün bu həftə İrana edilən ikinci humanitar yardımına görə tərifləyib.

DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus “tweet” atıb: “Beynəlxalq birliklər arasında həmrəylik zəruridir”.

Küveytin xarici işlər naziri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon danışığında İrana COVID-19-la mübarizə aparmaq üçün 10 milyon dollar təklif edib.

“Gulf News” xəbər verir ki, Qətər İrana tibbi yardım, o cümlədən 6 ton tibbi avadanlıq və ləvazimat göndərib.

ABŞ-ın BƏƏ-dəki keçmiş səfiri Barbara Lif ölkələrin ümumi münasibətlərinin gərginliyinə baxmayaraq, BƏƏ, Küveyt və Qətərdən İrana gələn humanitar yardımı yüksək qiymətləndirib.

“BƏƏ-nin belə addım atması məni təəccübləndirmir. Həqiqətən, humanitar yardımda liderlik göstərməkdən qürur duyarlar. Bu, onların xarici siyasətinin əsl dayağıdır. Onlar hətta İranla olduqca gərgin münasibətlər şəraitində belə etdilər. İran hökumətinin bu qədər büdrəməsinin çoxsaylı səbəblərini hamımız bilirik. Əmirlik, Qətər və Küveytin addımı heyranedicidir”.

Lif ABŞ hökümətinin koronavirusla mübarizə üçün İrana humanitar yardım göstərməsini asanlaşdırma üçün yollar axtardığını, ancaq bir şey tapmadığını bildirib.

Reuters
@Reuters

The United States imposed fresh sanctions on Iran, keeping up its economic pressure campaign despite an earlier offer to help Tehran cope with the #coronavirus pandemic https://reut.rs/33oMYCu 

1,729 people are talking about this

Dövlət katibi Mayk Pompeo Çərşənbə axşamı DST rəhbəri ilə danışdığını və ABŞ-ın bu təşkilat vasitəsilə İranın COVID-19-la mübarizəsinə kömək etmək təklifini çatdırdığını söyləyib. “Bu səhər Dünya Səhiyyə Təşkilatının rəhbəri doktor Tedrosla Amerikanın İrana necə kömək edə biləcəyi haqqında danışdıq. İran üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, İran xalqının sağlam qalmasına və orada olan riskləri azaltmağa kömək etmək istəyi təkcə bizi deyil, dünyanın hər yerində olan insanları bu humanitar səylərə cəlb edəcək”.

Pompeo, həmçinin Birləşmiş Ştatların İranda həbsdə olan ABŞ vətəndaşlarını sərbəst buraxmasına, xüsusən də həbsxanada virusa yoluxma riskini azaltmağa çağırıb.

“Biz onlarla əlaqə qururuq. Dəfələrlə ictimaiyyət qarşısında etdiyimiz kimi, İranda daxilində baş verənləri, riskləri nəzərə alaraq humanitar jest olaraq orada olan hər bir amerikalını azad etməyə çağırırıq”.

Beynəlxalq Böhran Qrupunda İran proqramının direktoru Əli Vaez Vaşinqton və Tehranı İranda saxlanılan ABŞ vətəndaşlarını azad etmə müqabilində Birləşmiş Ştatların digər ölkələrin yardım göstərməsini maneə törədən sanksiyaları ləğv etməsi ilə nəticələnəcək humanitar saziş barədə düşünməyə çağırıb.

Əli Vaez özünün və keçmiş Barak Obama administrasiyasının Yaxın Şərq koordinatoru Rob Mallinin “Foreign Policy “nəşrində yayımlanan” virus diplomatiyası” barədə fikrə toxunaraq deyib: “Təklif etdiyimiz bəlkə də iki mərhələli bir yanaşmadır. İranlılar Siyamək Namazi və digər ABŞ məhbuslarını azad edəcəklər… Bunun müqabilində ABŞ digər ölkələrə İrana humanitar yardım göstərməyə icazə verəcək və onlar ABŞ sanksiyalarından narahat olmayacaqlar”.

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 2 440          Tarix: 19-03-2020, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma