Xəbər lenti

“Tabnak ba to” (İran), 18.03.2020

Məşhur səyyah İbn Bəttutə hicri-qəməri 749-ci ildə (miladi 1370/71-ci il) Dəməşqdə taun epidemiyasının şahidi olub. O, Məscidül-Əqdamda gördüklərinə istinadla, “böyük taun”dan söz açır.

“Bu məscidin içində həzrət Musa (ə.) -ın qədəm basdığı bir daş var. Şəhər əhalisi, kişlər və qadınlar, inanclarındakı fərqlərə baxmayaraq, yəhudilər Tövratla, xristianlar İncillə və müsəlmanlar Quranla, bir sözlə, hamı əl-Əqdam məscidinə getir, dərd-sər və sıxıntılarının aradan qaldırılması üçün Allaha ibadət və dua edirdilər”.

İbn Bəttutə yazır: “Mələkül-əmr və Naibul-Sultan Arqun şah Dəməşqdəki bir ruhaniyə ucadan elan etməyi əmr etdi: insanlar üçgünlük oruc tutsun və üç gün hamı aşpazxanadan gen gəzsin.

Sonuncu gün Cümə axşamı idi. Möhlət bitdikdə səlahiyyətlilər, əyan-əşrəf, qazilər (məhkəmə hakimləri), icra məmurları və digər insanlar, inanc fərqliliklərinə baxmayaraq, məscidə toplaşdılar və Cümə gecəsində namaz qılıb, zikr-dua etdilər”.

İbn Bəttutə qeyd edir ki, məsciddə kiçikdən böyüyə qədər hamı ağlayır və öz müqəddəs kitablarını oxuyaraq Allaha dua edirdi. Əmirlər payi-piyada, ayaqyalın halda məsciddə gələrək orada gecələdi və artıq çölə çıxdıqda, Pərvərdigar onları azca rahatlaşdırdı. Çünki ölü sayı 2 min nəfərə enmişdi”.

Səyyahın qeydlərinə görə, bu vaxt Qahirə küçələri cəsədlərlə dolub-daşırdı; taun və ya “qara ölüm”ə görə bir gündə 24 min nəfərin vəfatı ilə epidemiya zirvəyə çatmışdı.

Bəla 15 il Şam şəhəri və ətrafını bələyib və bəzi tarixi sənədlərdə yazıldığı kimi, bütöv kəndlər epidemiyadan ya viran qalıb, ya da tam boşalıb.

İbn Təğribərdi “Əl-Nücum əl-Zəhra fi muluk Mısr vəl-Qahirə” adlı kitabında hicri 849-cu ildə taunun bütün dünyada zirvə nöqtəsinə çatdığını, İslam ölkələrində ciddi təsir qoyduğunu yazır; ərz edir ki, Fars Ölkəsi, İraq, Diyarbəkir vilayəti, Azərbaycan və Xorasanda qiymətlər o dərəcədə ceyran belinə qalxmışdı ki: “…camaat muzd almadan tabutlar düzəldir və ölüləri yuyur, qəbir qazır və bir məzarda qırxdan çox cəsəd basdırırdılar”.

Misirdə vəba, Təğribərdinin yazdığına görə, daha da güclənib və Ramazan ayında zirvəyə çatıb. İnsanlardan acizanə şəkildə məscidlərə getmək və dua etməyə çağırış edilib.

Misirlilər Ramazan ayının altıncı günü, Cümədə məscidlərə gedib, namaz qılıb və namazın rukusunda uzun-uzadı dua edib, əl-Əzhər məscidində bir neçə gün etikafa qalıblar.

Yoluxucu xəstəliklər və təbii fəlakətlərdən əziyyət çəkənlərin müalicəsi üçün şəhər və kəndlərdə yaradılan səyyar tibbi xidmətlər yaradılıb. Dəvələrə yüklənmiş səyyar şəfaxanalar xəstələr üçün ədyal, yemək, su, dərman və tibbi ləvazimatlar daşıyıb.

Bununla birlikdə, həbsxanalardakı məhkumlar və mühafizəçilər üçün ayrıca tibbi xidmət göstərən səyyar bir xəstəxana mövcud olub.

İbn Təğribərdi “əl-Nücum” kitabında hicri 823-cü ildə baş vermiş quraqlıq haqqında da yazıb. Onun qeydlərinə görə, həmin il Nil çayının suyu azalıb və bahalıq başlayıb.

“Qahirə camaatına buyurdular ki, 3 gün oruc tutsunlar. Sonra yağış namazı qılmaq üçün çölə axın etdilər. Qəbən-nəsr yaxınlığındakı minbəri bərpa etdilər və “Ənam” surəsini oxudular.

İzdiham artdı, 2 saat sonra gün çıxdı. Məmlük sultanı Müid ağ libasda atına minərək həmin yerə gəldi, atdan düşdü və minbərin sol tərəfində namaz qıldı.

İnsanlar tövbə edib Allahdan bağışlanmalarını yalvar-yaxar etdilər.

Ertəsi gün Nilin suyu 12 barmaq hündürlüyündə artdı və insanlar şad halda dua oxudular”.

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 2 211          Tarix: 21-03-2020, 12:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma