Xəbər lenti

 

Ərəb dünyasının məşhur qəzetlərindən "Quds-Ərəbi" Səudiyyə şahzadəsinin ölkədə hərbi çevriliş törətdiyini iddia edib.

Ovqat.com-un Eastnews.org istinadən verdiyi xəbərə görə, məlumatı Səudiyyə kral sarayına yaxın mənbələr bildiriblər.

Bildirilir ki, vəliəhd şahzadə Məhəmməd ibn Salmanı devirmək üçün bir plan hazırlanıbmış. Məhəmməd ibn Salman ayıq davranaraq bunun qarşısını alıb. Çox sayda şahzadə həbs olunub.   Kral ailəsinin yüksək vəzifəli üzvləri Məhəmməd ibn Salmana qarşı çevriliş etməyə cəhd ediblər.   Səudiyyə Ərəbistanı kralının qardaşı Əhməd ibn Əbdüləziz, Məhəmməd ibn Nayef sabiq vəliəhd şahzadə, şahzadə Nəvaf ibn Nayef və digər şahzadələr artıq həbs olunublar.  

Səudiyyə Ərəbistanı daxili işlər naziri Əbdüləziz ibn Səud bibn Nayef və atası, Səudiyyə Ərəbistanı şahzadəsi Səud ibn Nayef və keçmiş Səudiyyə vəliəhd şahzadəsi Nayef ibn Əbdüləzizin böyük oğlu, çevriliş planına görə həbsdə saxlanılırlar.  

Məhəmməd ibn Salman çevrilişdə iştirak edən şahzadələrin amerikalılar da daxil olmaqla xarici ölkələrlə əlaqələri olduğunu iddia edib.  

Qəzet yaydığı məlumatda bildirib ki, bu gülünc bir ittihamdır, çünki Əhməd ibn Əbdüləziz xarici qrupların çağırışlarına görə Səudiyyə Ərəbistanına qayıdıb və amerikalılar Riyada qayıdacağı təqdirdə təhlükəsiz olacağını vəd veriblər. Buna görə onun geri dönüşü Məhəmməd ibn Salmana təslim olması deməkdir.  

Baş verənlərin həqiqəti budur ki, çevriliş həqiqətən baş verib. Ancaq vəliəhd şahzadə Salman tərəfindən qarşısı alınıb. Çünki Məhəmməd ibn Salmanın bioqrafiyası heç də ürək açan deyil. Onun yürütdüyü siyasət regional və qlobal siyasi səhvlərlə dolu olub. Bu səbəbdən qərb ölkələri onu cəzalandırmaq istəyib.




Ana səhifəyə qayıt        Baxış: 1 892          Tarix: 9-03-2020, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma