Xəbər lenti


Prezident İlham Əliyevin çağırışına cavab olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ödəyən milli şirkətlərdən biri - “Koroğlu" Şirkətlər Qrupu ("Koroğlu" MMC, "Mirzəoğlu" MMC, "Konfirom" MMC, "Nurretail" MMC - ARMO marketlər) xeyriyyəçilik fəaliyyətini davam etdirir.
"AzPolitika.info"-nun məlumatına görə, Şirkət rəhbərliyi bu fəaliyyətin davamı olaraq, ölkədə koronavirus pandemiyasına görə elan olunan karantin vəziyyətində aztəminatlı ailələrə maddi dəstək kampaniyası aparır.
Aprelin 9-da "Koroglu" Şirkətlər Qrupunun təsisçisi Tahir Əliyev, "Koroglu" MMC-nin direktoru Rəşad Əliyev və "Şirin" qənnadı fabrikinin direktoru Ramin Əliyev tərəfindən Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan 150-dən artıq ailəyə, o cümlədən kimsəsiz və tənha yaşayan qocalara, əlillərə, həmin ərazidə məskunlaşmış məcburi köçkünlərə gündəlik tələbat mallarından və ərzaq məhsullarından ibarət yardım göstərilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin çağırışına cavab olaraq bir neçə gün əvvəl “Koroğlu" Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ödəmişdi.
"Koroğlu" Şirkətlər Qrupu Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının satışını təşkil edən distribütor şirkəti kimi fəaliyyətə başlayıb.
Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində fəaliyyətini genişləndirən Şirkətlər Qrupu daxili bazarda uzun müddətdir keyfiyyətli və müxtəlif ceşidli qənnadı məmulatları istehsal edir. Müştərilərinin və tərəfdaşlarının hörmət və etibarını qazanan şirkət, bu gün regionda ön sıralardadır.



Ana səhifəyə qayıt        Baxış: 2 225          Tarix: 11-04-2020, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma