Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Afsəddin Nəbiyev,
AMİP Siyasi Şura üzvü
Azərbaycan, lap qədimdən həm də böyük-kiçiyə hörmət olunan, ölkə kimi tanınmışdır. Elmi – texniki tərəqqi inkişaf etdikcə, informasiya kommunikasiya dövrü, sürətlə həyatımızın bir parçasına çevrildi. İstəyimizdən asılı olmayaraq, yeni realllqlarla üz-üzə qaldıq.
Son illər cəmiyyətimizdə, düşunə bilmədiyimiz, ağlımıza gəlməyən, tamamilə xalqımıza yad olan, “söyüş platforması” ortaya çıxdı. Ünsiyyət vasitələrinin hər bir insana anında əlçatanlıq, rahatlıq gətirdiyi qədər, böyük narahatlıqlara da səbəb olur. Qeyri-etik ifadələr, təhqir və söyüşlər həyatımızın bir parçasına çevrilmiş sosial şəbəkələr vasitəsilə, çox təəssüflər olsun ki, davam etməkdədir.
Məşhur bir deyimdə olduğu kimi, bıçaq cərrahın əlində, xəstənin həyatını xilas edər, lakin cinayətkarın əlində olarsa bir insanın ölümünə səbəb ola bilər.
Sosial şəbəkələr eynilə yuxarıdakı deyimi bütün reallığı ilə özündə əks etdirir. Normal düşüncə sahibləri, müasir texnologiyalardan istidadə edərək əlaqələr qurur, öz biznesini idarə edir, cəmiyyətin inkişafı üçün proqramlarını geniş kütlələrə çatdırırlar. Lakin bəzi hallarda, efirdən “söyüş püskürən” ipə-sapa yatmayan, bir qrup insanlar da var ki, onların iyrənc ritorikası, xalqımızın minillər ərzində formalaşmış, yüksək mənəvi əxlaqi keyfiyyətlərinə zərbə vurur.
Son vaxtlar Milli Məclisin deputatları söyüş və təhqir məsələsinin, cinayət qanunvericiliyində, sərtləşdirilməsini təklif edirlər. Xalqımızın yaşam fəlsəfəsinə uyğun olmayan, cəmiyyətin böyük kəsimində, qəzəb, ikrah hissi doğuran bu məsələləri necə həll etmək olar?
Birinci, televiziya məkanında ictimai-siyasi verilişlərin sayı, eyni zamanda keyfiyyəti artırılmalıdır.
İkinci, siyasi partiyalarla disskusiyalar telefon planşetlərdən televiziyalara, geniş auditoriya qarşısına daşınmalıdır.
Üçüncü, siyasi tok-şoular, debatlar Azərbaycanın bütün regionlarını əhatə etməlidir.
Dördüncü, ən ciddi məqam, öyrədilərək söyüş söyənlər, təhqir etdirənlər, ictimai qınaq obyektinə çevrilməlidir. Açığı, bu proses hamıya məlumdur.
Beşinci, xalqımızın mənəvi dəyərlərini qorumaq naminə, cinayət qanunvericiliyində söyüş və təhqirlə bağlı qaydalar sərtləşdirilməlidir. Beş-on nəfərə görə millətimizin yüksək mənəvi xüsusiyyətlərinə, sağlam münasibətlərə xələl gətirən bu ziyanlı tendensiyanı artmasına imkan vermək olmaz.
Bu mövzuya XVII əsrdə yaşamış dahi ispan yazıçısı və mütəfəkkiri Baltasar Qrasian öz möhürünü vurmuşdur. “Kamillik elmi” fəlsəfi traktında söyüşdən məqsədləri üçün istifadə edənlər haqqında, ibrətamiz nəsihət yer almışdır. Olduğu kimi təqdim edirəm: “Qəzəbi başqasına yönəltmək – narazılıqlardan qoruyan qalxan hökmdarların hiyləgər üsuludur. Burada iş hökmdarların bacarıqsızlığında yox, əksinə incə hesablarındadır. Məqsəd uğursuzluqlara görə tənqidi başqa istiqamətə yönəltmək, kimi isə ümumi narazılıqlar hədəfinə çevirməkdir. Bütün niyyətləri həyata keçirmək, hamını qane etmək çətindir. Buna görə qabağa vermək üçün, gərək, söyüş hədəfinə çevirə biləcəyin ehtiyat adamın olsun. Bu addımın isə şöhrətpərəstliyinə görə həmin adama cəza olsun”.
Filosof Baltasar Qrasian çox gözəl izah vermişdir. İstənilən cəmiyyətdə, dırnaqarası qəhrəmanları üzə çıxarmaq mümkündür. Kimsə bunu ənam alıb edəcək, kimsə də öz şöhrətpərəstliyi üçün.
Qısa konkret olaraq, belə hallar Azərbaycan xalqının, milli mənəviyyatına uyğun deyil. Kimliyindən asılı olmayaraq, söyüş və təhqir edənlər, bu söyüşləri söydürənlər cəmiyyətin sərt qınağına səbəb olmalıdır. Söz fikir azadlığı, o demək deyil ki, istədiyin insanın şərəf və ləyaqətini təhqir edib, sonra da himayəçilik etdiyin insanın arxasında gizlənəsən...
Belə hallara son qoymağın vaxtı çatıbdır. Qətiyyətli addımlar atmasaq, sivil davranış normaları arasında, olan bağlar zədələnəcək. Sonra gec olacaq...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar