Xəbər lenti


Məlum olduğu kimi, son günlər ölkə mətbuatında, sosial şəbəkələrdə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində çalışan akademik Ramiz Mehdiyev barədə müxtəlif fikirlər, ittihamlar, rəylər səslənir.

Sovet dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini kimi vəzifələrdə çalışmış Telman Orucov Moderator.az-a açıqlamasında məsələyə neytral mövqedən yanaşdığını ifadə edib: “Bilirsiniz, mən heç vaxt vəzifədən çıxarılan adamların haqlı-haqsız “vurulması”nın, təqib, təzyiq olunmasının tərəfdarı olmamışam. Ona görə də mənim bu mövzuda fikrim neytraldır…”
“Axı siz Ramiz Mehdiyevlə təxminən eyni dövrlərdə Mərkəzi Komitədə, Nazirlər Sovetində, rayon partiya komitəsinin 1-ci katibi və s. işləmisiniz.

Onun xarakterinə, əməllərinə xeyli bələd olmalı və deyilənlərin həqiqət olub-olmadığını bilməlisiniz?..” sualına cavabında isə keçmiş partiya funksioneri belə deyib: “Biz Ramiz Mehdiyevlə eyni dövrdə, bəzən eyni qurumda işləsək də, elə yaxın münasibətlərimiz olmayıb. Çünki sahələrimiz müxtəlif olub. Bu baxımdan mən onu olduğu kimi tanıya bilməmişəm….

Ümumiyətlə, mən kimlərinsə sifarişi ilə, süni söz söyləməkdən, kiməsə yarınmaqdan uzaq adamam. Və hesab edirəm ki, günahı olanlar cəzalarını çəkməlidir. Amma günahsızları süni qaydada günah sahibi etmək olmaz…”



Ana səhifəyə qayıt        Baxış: 3 383          Tarix: 10-07-2020, 17:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma