Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Albaniya, Gürcüstan, İslandiya, Norveç, Ukrayna və Çernoqoriya, Krımın Rusiyaya birləşdirilməsindən sonra tətbiq edilən Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı Aİ Şurasının qərarına qoşulduqlarını təsdiqləyiblər.
Ovqat.com xəbər verir ki, məlumatı Avropa İttifaqı Şurası yayıb.
Məlumatda təşkilatın “bu qərarı nəzərə aldığı və alqışladığı” bildirilir.
“RİA Novosti”-nin bildirdiyinə görə, Krım “respublika”sının başçısı Sergey Aksyonov Ai-nin qərarını ittifaqın öz “qədim ənənəsinə sadiqliyi” və problemlərini gizlətməyin adi forması adlandırıb.
Xatırladaq ki, iyun ayının əvvəllərində Avropa İttifaqı Şurası Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar Moskvaya qarşı tətbiq edilən məhdudiyyətləri bir il müddətinə - 23 iyun 2021-a qədər uzadıb. Sanksiyalar əsasən yarımadanın sakinlərinə və orada işləyən müəssisələrə yönəldilib.
Sanksiyalarda Krım və ya Sevastopoldan Avropa İttifaqına malların idxalına qadağa qoymaqla yanaşı, yarımadada Turizm xidmətlərinə maliyyə və infrastruktur investisiyalarının məhdudlaşdırılması da nəzərdə tutulur. Krım şirkətlərinə bəzi məhsul və texnologiyaların ixracına məhdudiyyət qoyulur.
Ukraynada Maydan hərəkatından sonra 2014-cü ilin fevralında Rusiya Krımı ilhaq etmiş və bunu legitimləşdirmək üçün referendum keçirmişdi. Saxta və qanunsuz referendumda seçicilərin böyük əksəriyyəti Rusiyaya “qayıtmağa” səs vermişdilər. Bununla belə, rəsmi Kiyev və əksər dünya dövlətləri Krımı Rusiyanın bir parçası kimi tanımaqdan imtina ediblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar