Xəbər lenti

 
Müharibə yalnız silahla qazanılmır. Ordunun maddi təchizatı da əsgəri xidmətidir. Məhz bu səbəbdən də Müqəddəs kitabımız Qurani-Kərim cihaddan bəhs edərkən mücahidləri iki kateqoriyaya bölür: canlarıyla cihad edənlər, mallarıyla cihad edənlər. Nisa surəsinin 95-ci ayəsində bu təsnifat çox aydın şəkildə ifadə olunur: “Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün qılmışdır”.
 
Qurani-Kərimin bu ayəsindən aydın görünür ki, ordulara maddi yardım göstərən hər bir şəxs (istər fiziki, istər hüquqi) müqəddəs müharibədə canını fəda edən döyüşçülərlə eyni sırada  görülür. 
 
Bu gün Azərbaycan xalqı da özünün müqəddəs davasını aparır. Ermənilər tərəfindən işğal olunan Vətən torpağının hər qarışı üçün atılan mərmilər, əsgərlərimizin maddi-texniki təminatı dövlətimizin və iş adamlarımızın orduya ayırdığı vəsaitlər hesabına başa gəlir. Bu mənada iş adamlarımızın, qəlbi Qarabağla döyünən insanlarımızın Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüyü hər manat torpağımıza göz tikən yağıya atılmış mərmi kimidir.


 
Ovqat.com xəbər verir ki, “Faktor Lizinq MMC” şirkəti də bu müqəddəs müharibəyə qoşulanlardandır. Şirkətdən aldığımız məlumata görə, dünən Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait köçürüb. “Faktor Lizinq MMC”-in bununla bağlı yaydığı açıqlamada deyilir:
 
Yardımın böyüyü, kiçiyi olmur. Bu lazımlı zamanda 1 manat belə əhəmiyyət daşıyır. Hamı öz gücü daxilində maddi və mənəvi ordumuza dəstək olmalı, qələbəmizi bir az da daha tez olmasına çalışmalıdır.
 
SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA  pul köçürdük. 


 
Bu sənədin paylaşımında məqsəd qətiyyən reklam və ya özünü göstərmə xarakteri daşımır. Niyyət Azərbaycanda olan özəl şirkətləri də bu işə cəlb etməyə çağırış etməkdir.
 
HAMINI BU ÇAĞIRIŞA QUŞULMAĞA DƏVƏT EDİRİK.
Həmçinin, ola bilsin ki, orduya pul köçürmək istəyənlər var, amma yolunu bilmirlər. 
 
XALQIMIZA TEZLİKLƏ QƏLƏBƏ SEVİNCİNİ YAŞAMAĞI ARZU EDİRİK.
 
Faktor Lizinq MMC”




Ana səhifəyə qayıt        Baxış: 1 493          Tarix: 2-10-2020, 05:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma