Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp “Yaxın Şərq Sülh Planı”nı açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ liderinin sözügedən planına əsasən, Qüds şəhəri İsrailin paytaxtı elan olunur. Yəni bu şəhər müsəlmanlardan alınır.
Müsəlman dövlətləri arasındakı mövcud problemlər, rəqabət, bir-birini qəbul etməmək Fələstin məsələsində vahid mövqe ifadə edilməsinə imkan vermir.
Məhz bu səbəbdən də düz 50 il əvvəl Səudiyyə Ərəbistanı Kralı Faysal Bin Əbdüləzizin Qüds haqqında danışarkən ağlaması görüntüləri yada düşür.
Sözügedən çıxışı zamanı Kral Əbdüləziz Qüds haqqında bunları deyib:
“Qardaşlarım nəyi gözləyirsiniz? Beynəlxalq vicdan deyilən şeyimi gözləyirsiniz? Hanı, hardaymış o? Əl-Əqsa məscidi sizləri çağırır. Bu yardım üçündür, qardaşlarım. İçində olduğumuz çətinliklərdən xilas olmaq üçün sizi çağırır. Nədən qorxursunuz? Ölümdən qorxursunuz? Allah yolunda cihad edərək ölmək daha gözəldir. Müsəlman qardaşlarım, bizlər bir diriliş arzulayırıq. Onun adı islamdır. Nə ayrımçılıq, nə də məzhəbçilik bir dirilişdir. Sadəcə islami bir dəvət. Adı cihad olan bü mübarizə Allah yolunda bir diriilişdir. Dinimizin və imanımızın izzəti üçün. Müqəddəs ocağımızı qorumaq üçün. Məni onun yolunda şəhid olanlardan etməsi üçün Allahıma yalvarıram. Qardaşlarım, duyğularım səbəbindən məni bağışlayın. Amma Əl-Əqsa məscidinin, o müqəddəs ocağımızın Allahın dininə küfr edənlər, ona ləkə düşürmək istəyənlər tərəfindən alçaldılan və incimiş olduğunu gördükdə Allahıma əl açıram: Əgər mənə müqəddəs amalımız uğrunda cihad nəsib etməyəcək və onun azadlığını göstərməyəcəksə, bir an belə yaşamağıma imkan vermə”.
Paylaş: