Xəbər lenti

                          
Aləm Kəngərli, 
Yazıçı, ehtiyatda olan zabit
 
Bizdə bir atalar sözü var: “oha deməklə dananı zəmidən çıxarmaq olmaz”. Yəni, gərək bir zopa vurasan ki, ağlı başına gəlsin. Deyirəm, bu ermənilər danadan da betərdir. Bunlara paz yarıya qədər girib, amma ağılları hələ başlarına gəlməyib. 
 
Gəncəni yenə vurdular. Elə fikirləşirlər ki, dinc əhalimizi raket atəşinə tutmaqla ordumuzun qələbə əzmini, Azərbaycan xalqının iradəsini qıra biləcəklər. Ta bilmirlər ki, öldü var, döndü yoxdur. Əlbəttə, insanlığa və müharibə qanunlarına sığmayan bu hərəkətlərə görə erməni rəhbərliyi və onun havadarları cavab verəcəklər. Gecə vaxtı günahsız uşaqları, anaları hündürmərtəbəli binalarda öz mənzillərində yatdığı bir vaxtda raket atəşinə tutmaq ancaq ermənilərə xas olan xüsusiyyətdir. Dünyada bu qədər rəzil, bu qədər vecsiz ikinci bir millət tapmaq mümkün deyil. Paşinyanın məqsədi aydındır: Azərbaycan tərəfini Ermənistana qarşı adekvat addımlar atmağa sövq etməklə, Rusiya və digər müttəfiqlərini oyuna qatmaqla onların hərbi gücündən istifadə etmək. Görünən budur ki, Azərbaycan prezidenti - Ali Baş Komandanımız hər cür döyüşə hazırdır. Rusiya rəhbərliyi anlamalıdır ki, özlərinin uzaqmənzilli raketlərini Azərbaycanın dinc əhalisi üzərində sınaqdan çıxarmaqla, onlar dünyada hörmətdən düşən nüfuzlarına yeni zərbələr vururlar. Əlbəttə, bütün bunlara baxmayaraq, əgər lazım gələcəksə, Azərbaycan Ordusu müharibənin miqyasını böyütməkdən çəkinməyəcək, öz zəfər yürüşünü axıra kimi davam etdirəcəkdir! 
 
Bu ara Lavrov yenə sayıqladı. Dedi ki, biz Türkiyənin Qarabağla bağlı təkliflərinə razı ola bilmərik. Bu erməni dığası hələ başa düşmək istəmir ki, müzakirə olunan ərazi Azərbaycan torpağıır, Rusiya ərazisi deyil! Hələ onu demirik ki, əvvəllər olduğu kimi Rusiyanın aparıcı televiziya kanalları Ermənistana qahmar çıxmaqla müharibəni qızışdırmaqda davam edirlər. Bunlara hələ çatmır ki, artıq gecdir, iş işdən keçib, əsgər və zabitləri, dinc əhalini qırdırmağın heç bir mənası yoxdur. Paşinyan özü də bunu yaxşı anlayır və artıq bundan sonra hansı addımlar atacağını götür-qoy edir. Özünün, ailəsinin və tərəfdarlarının taleyindən qorxduğu üçün nə edəcəyini bilmir. Televiziya vasitəsi ilə xalqa müraciət edərək, Qarabağdakı məğlubiyyətlərini etiraf etməyə başlayıb. Həm hərbi, həm də diplomatik sahədə məglubiyyətə düçar olduğundan, özünün və hakimiyyətinin ömrünü uzatmaq, öz xalqına qarşı törətdiyi cinayətlərdən yaxa qurtarmaq, günahlarını başqalarının üstünə atmaq və məsuliyyətdən qaçmaq üçün yollar axtarır. Odur ki, müstəqil əmrlər verməkdən çəkinir, komandası ilə birlikdə kollegial qərarlar qəbul etməyə üstünlük verir. Atalar nahaq deməyib ki , cəhənnəmə gedən özünə yoldaş axtarar. Paşinyanda o qeyrət yoxdur ki, minlərlə erməni millətini haqsız yerə qırdirdiğı üçün başına bir güllə çaxsın. Ermənistan rəhbərləri qucaqda oturmağı çox sevdikləri üçün, qaçma ərəfəsində Paşinyan üçün ən rahat yer Fransa prezidenti Makronun qucağı ola bilər. Əgər Moskva ermənilərə yeni rəhbər təyin etmək fikrinə düşməsə, Ermənistanda hakimiyyət boşluğu yaranacaq. Kimsə Paşinyanın yerinə gəlib, onun məğlubiyyət seriyasını öz üzərinə götürmək istəməz. Belə olan halda keçid dövrü üçün Ermənistanda hər hansı bir komitə yaradıla bilər. 
 
Türkiyənin bölgədə artan gücünü, söz sahibi olmasını digər dövlətlər fərqli şəkildə qarşılamaqdadır. Rusiya rəhbərliyi Xəzər dənizində hərbi təlimlərə başlamağa start verdi. Yaxın dostumuz olan Ukrayna prezidenti Zelinski Ankaraya gedib, Ərdoğanla görüşdü. Pakistan dövlətinin rəsmiləri Ərdoğanı müsəlman dövlətlərinin lideri kimi qəbul etdiklərini bəyan edib, yeni şüar səsləndirdilər: Üç dövlət, bir millət!

Qələbə bizimlədir!

Azərbaycan Ordusuna eşq olsun!

Qarabağ Azərbaycandır.





Ana səhifəyə qayıt        Baxış: 3 450          Tarix: 18-10-2020, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma