Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Ermənistanı Qarabağla birləşdirən bütün giriş-çıxış yolları ordumuzun artilleriya zərbələri ilə darmadağın edilərək nəzarətə götürülməlidir. Xocalının sağ qalan sakinləri öz yur-yuvalarından canlarını necə qurtarmışdısa, Qarabağda yaşayan erməni və digər ölkə vətəndaşları da məskunlaşdığı yerləri eyni şəraitdə tərk etməlidir. Az bir zamanda məğlub olaraq, ölkəsində rüsvay olmamaq üçün, Paşinyan bu müharibəni, ağır itkilər hesabına olsa da belə, xeyli müddət uzatmağa çalışacaq. Biz tam qləbə əldə edilməyənə qədər döyüşləri dayandırmamalıyıq. Düşmən təşviş içindədir, başını itirib və qaçaqaçdadır.
Başqa dövlətlərin avantürist təkliflərinə fikir vermək lazım deyil. Xalqımızın və bütün siyasi partiyaların Qarabağ ətrafında vahid cəbhədə birləşib böyük sevinc və ruh yüksəkliyi ilə döyüşə atıldığı bir vaxtda, Ali Baş Komandamızın dediyi kimi, Qarabağ məsələsinin həllinə nida işarəsi qoymağın tam zamanıdır.
Əgər yeddi rayon azad edildikdən sonra döyüşləri dayandırsaq, məlum olacaq ki, bütün bunlar Paşinyanı və Ermənistanı Rusiyaya tabe etdirmək üçün Putinin diqtəsi ilə həyata keçirilə planlı bir oyundur. Dəmiri isti-isti döyərlər. Müharibəni yarıda saxlayıb, Dağlıq Qarabağın statusu məsələsini həll etmək üçün daha otuz il gözləməyin heç bir anlamı yoxdur.
Sivillər Dağlıq Qarabağdan çıxarıldıqdan sonra bizim yaşayış məntəqələrimizin düşmənin ağır artilleriya silahları tərəfindən atəşə tutlması intensiv xarakter ala bilər. Düşmənə adekvat cavab vermək üçün biz də paralel olaraq, Ermənistanin yaşayış məntəqələrini mərmi atəşinə tutmaq üçün Naxçıvandan ikinci cəbhə açmağa hazır olmalıyıq.
BMT-nin yerinə yetirilməyən dörd məlum qətnaməsinini həyata keçirdiyimiz üçün bizim haqq işimizi müdafiə etməyən bütün dövlətlər beynəlxalq səviyyədə qınanmalıdır.
Qələbə bizimlədir!
Var olsun Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan xalqı!
Aləm Kəngərli, yazıçı, ehtiyatda olan zabit
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar