Xəbər lenti

 
Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
 
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. 
 
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
 
Ovqat.com-un mülahizələrinə görə, döyüşlərin əsasən şimal və mərkəz cinahlarına daşınması Ordumuzun cənub cinahında öz cari hədəfinə çatdığından xəbər verir. 


Ana səhifəyə qayıt        Baxış: 1 440          Tarix: 5-11-2020, 07:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma