Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
Belarus lideri Aleksandr Lukaşenko hökumətə Polşaya qazanc əldə etməyə gedən həkimlərin geri qayıtmasına imkan verməməyi tapşırıb; çünki “Belarusda "artıq” həkimlərə yer yoxdur".
Ovqat.com Belarusun rəsmi xəbər agentliyi BELTA-ya istinadən xəbər verir ki, Lukaşenko, virus infeksiyalarının yayılmasına qarşı mübarizə tədbirləri üzrə müşavirədə bu təlimatı verib.
Müşavirədə Polşanın belaruslu həkimlərin COVİD-19 ilə mübarizə aparmaq üçün gəlməsini və əhaliyə kömək etməsi ricasında bulunduğunu bildirən ölkə başçısı deyib: "Xəbərdarlıq etmək istəyirəm: bizdə artıq həkim yoxdur. İnsanlarımızı özümüz müalicə etməliyik. Ancaq öz prinsipimizə əməl edərək biz heç kimi burda saxlaya bilmərik. Amma başa düşmək lazımdır ki, getmisənsə, geri qayıtmayacaqsan, orada işləyəcəksən və dalınca getdiyin böyük pulu orda qazanacaqsan".
Lukaşenko əlavə edib ki, bu, həkimlərə yönəlmiş təhdid deyil, hökumət üçün əmrdir.
Daha əvvəl Lukaşenko Belarusun sərhədlərini bağlaması qərarının siyasi səbəbləri olmadığını, dünyadakı epidemioloji vəziyyətdən qaynaqlandığını söyləmişdi.
Xatırladaq ki, Belarus Nazirlər Şurası noyabrın 1-dən koronavirusun pandemiyası ilə əlaqədar olaraq xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin sərhəddən keçməsini məhdudlaşdırmağı qərara alıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar