Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
1988-1990-cı illərdə Azərbaycanda yüksək vəzifələr tutmuş və Qarabağdakı bir sıra proseslərin şahidi və iştirakçısı olmuş Telman Orucov Moderator.az-a müsahibəsində müzəffər ikinci Qarabağ savaşından sonra yaranmış reallıqlar barədə fikirlərini səsləndirib.
- Yüksək vəzifələrdə uzun illər işlədiyiniz dövrdə Qarabağla, separatçı ermənilərin 1980-ci illərdə orada başlatdığı proseslərlə əlaqəli olmusuz. Yəni ərazimizin 20 faizdən çoxunun işğalı ilə nəticələnmiş bu münaqişədən kifayət qədər məlumatlısınız. Nəhayət, təxminən 30 ildən sonra Ali Baş Komandanın yüksək siyasi-diplomatik gedişləri və ordumuzun 44 günlük müzəffər yürüşü sayəsində işğal altındakı torpaqlarımızın əksər hissəsi bilavasitə Azərbaycan dövlətinin nəzarətinə keçdi. Sizin bu haqda düşüncələriniz maraqlı olar...
-Doğrudan da bu dəfəki savaşda dövlətimiz, ordumuz böyük uğur qazandı. Bu günədək gözləyə-gözləyə nə qazanmışdıq? Ona görə də yaranmış imkandan istifadə olundusa, buna yüksək dəyər vermək gərəkdir. Keçmiş Dağlıq Qarabağ ərazisi ilə bağlı yerdə qalan məsələlər də, inşallah, dövlətimizin, xalqımızın gücü sayəsində öz həllini tapacaq. Çünki açığını desək, ermənilər oralarda yaşamağa meyilli olmayacaq. Odur ki, bütün hallarda 2020-ci il üçün böyük işlər görülüb. Bunu heç kəs inkar edə bilməz... Qələbəmizə kölgə salmaq ədalətsizlik olar. Əsas vəzifə, demək oar ki, yerinə yetirilmiş, torpaqlarımız, o cümlədən Qarabağın ürəyi Şuşa və keçmiş Dağlıq Qarabağdakı bir sıra qəsəbə və kəndlər işğaldan azad olunub. Parovozdan qabağa qaçmağa ehtiyac yoxdur...
-Siz Ağdamda 1-ci katib işləyəndə də, parlamentdə, Mərkəzi Komitədə məsul vəzifələrdə çalışarkən də həm vəzifəli, həm də sadə ermənilərlə ünsiyyətdə olmusuz – yəni onların xarakterinə, xislətinə yaxşı bələdsiniz. Müharibədəki son qələbəmizdən və bütün ərazilərimizdə Azərbaycan yurisdiksiyası, idarəçiliyi bərpa edildikdən sonra azərbaycanlılarla ermənilərin sovet dövründəki kimi, məsələn, Xankəndində, Ağdərədə, digər qəsəbə və kəndlərdə dinc yanaşı yaşaması mümkün olacaqmı, sizcə?
-Bilirsiniz, hər halda tarix göstərir ki, bir-biri ilə müharibə aparmış heç bir millətlər əsrlərlə bir-biri ilə düşmən olmayıb. Yəqin ki, müəyyən bir dövr gələndə ağıl mənasız emosiyalara qalib gəlir və insanlar reallığı qəbul etməli olur. Amma ermənilərlə münasibətlərimiz bir az fərqli olub. Çünki şahidiyəm ki, sovet dövründə onların millətçi hissəsi öz əsl simalarını gizlədir, indiki sifətlərini açıq göstərmirdilər. Onlar bir növ bəzi heyvan və həşəratlara xas olan mimikriya xüsusiyyətləri nümayiş etdirirdilər. Amma Manuçarov, Balayan kimi ifrat qatı millətçilər, mariginallar öz xislətlərini biruzə verirdilər. Moskvadan xoş bir münasibət, dəstək görəndə özlərindən çıxır, hər cür alçaqlığa hazır olurdular. Ümumiyyətlə, onlar buqələmun kimi dövrlə əlaqədar öz rənglərini dəyişə bilirlər. Bütövlükdə erməni xalqını yox, millətçiləri nəzərdə tuturam...
Amma ədalət naminə demək lazımdır ki, 1988-ci ildəki məlum hadisələr başlananadək Qarabağdakı sadə ermənilər ekstremistlərin işlərinə qarışmaq istəmir, öz zəhmətləri ilə məşğul olub bir tikə çörək qazanmağa çalışırdılar. Onları əsasən kənar qüvvələr, həmin ekstremist, millətçi qruplar qorxu və təbliğat sayəsində qızışdırır, Azərbaycana qarşı haqsız mübarizəyə vadar edirdilər. Onu vurğulamaq lazımdır ki, erməni millətçiləri yalnız Azərbaycana deyil, öz xalqlarına, Ermənistana da böyük zərbə vurdular. Münaqişə başlananadək ermənilərin çoxu Azərbaycanın, Bakının ən gözəl, rahat guşələrində yaşayırdı. Hər biri yaxşı dolanışığa, yaxşı vəzifələrə yiyələnmişdilər. Ancaq Azərbaycanın apardığı son Vətən müharibəsi Ermənistanın belini qırdı və yəqin ki, əsl gerçəkliyi anlayanlar üçün böyük bir dərs oldu... Bundan sonra ermənilər Qarabağda titul millət kimi azərbaycanlılarla yanaşı yaşamağa məcburdur. Amma ermənilərin bunu düzgün anlayacağı müəyyən sual altındadır. Və ümumiyyətlə, ermənilərin Qarabağda əvvəlkitək gur yaşayacağı ehtimalı azdır...
- 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Qarabağda Volskinin xüsusi idarəsi, Polyaniçkonun təşkilat komitəsi fəaliyyət göstərəndə də məsul vəzifəli bir şəxs kimi həmin qurumlarla əlaqəniz, ünsiyyətiniz olub. Hazırda Rusiya sülhməramlıların Qarabağda yaratdığı abı-havanı Volskinin dövrünə bənzədənlər var. Yəni onlar da Volski kimi separatçı rəhbərlərlə ünsiyyət qurur, müzakirələr aparır, onların Ermənistanla əlaqələrinə şərait yaradır. Rus hərbçilər ermənilərə azərbaycanlılara nisbətən daha çox üstünlük verir. Hələlik yalnız ermənilərin keçmiş Dağlıq Qarabağda rahat yaşayışını təmin etməyə çalışır, didərgin azərbaycanlıların öz torpaqlarına dönüşü üçün heç bir addım atmırlar... Siz nə düşünürsüz bu barədə?
- Arkadi Volski Moskvanın səlahiyyətli nümayəndəsi kimi əslində birbaşa SSRİ lideri Mixail Qorbaçovun tapşırıqlarını yerinə yetirirdi. Qorbaçov isə Qarabağda, ümumiyyətlə, keçmiş sovet məkanında separatçılıq meyillərinin başlanğıcında düzgün mövqe tutmamış, millətlər arasında düşmənçiliyin açıq təzahürünə şərait yaratmış və sonrakı gərgin, silahlı münaqişələrin bünövrəsini qoymuşdur. Polyaniçkonun isə münasibəti fərqli olsa da, real imkanları az idi və erməni separatçılarının müqaviməti ona əl-qol açmağa imkan vermirdi...
Hazırkı Rusiya sülhməramlıları isə onlara tapşırılan vəzifələri yerinə yetirir. Onlar neytral qüvvə kimi çıxış edirlər. Onlardan nə isə başqa cür münasibət gözləmək, hesab edirəm ki, doğru deyil. Qarabağdakı ermənilər bizim üçün belə qradasiyaya; separatçıya, ekstremistə, sadə ermənilərə bölünürülər. Rusiya sülhməramlılar üçün bu cür bölgü yoxdur. Onlar Qarabağdakı ermənilərə fərqli münasibət bəsləyirlər... Sülhməramlılar yalnız sülhü qorumağı vacib vəzifə hesab edirlər...
Azərbaycan qalib dövlətdir və məğluba qarşı qəddarlıq göstərməkdən uzaqdır... Amma ermənilər də bizim xoş münasibətdən sui-istifadə etməməli, keçmiş miflər, illüziyalarla yaşamağa son qoymalıdırlar. Və xüsusən son müharibədəki məğlubiyyətdən ibrət dərsi götürməlidirlər...
Sultan Laçın
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar