Xəbər lenti

 

“Qətər Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin tələblərini diqqətli şəkildə araşdırmağa başladı”.

Ovqat.com xəbər verir ki, ABŞ-ın dövlət katibi Reks Tillerson yazılı açıqlamasında bu məlumatı yayıb.

Onun fikrincə, Dohanın bəzi tələbləri yerinə yetirməsi xeyli müşkül məsələdir və bu səbəbdən də tərəflər diolaqa hazır olmalıdırlar.

"Effektli addımlar atmaq üçün ölkələrin bir araya gələrək dioloq qurması lazımdır. Müttəfiqlərimizin terrora qarşı birgə mübarizə aparacaqları təqdirdə, daha güclü olacaqlarına inanırıq. Hər ölkənin bu prosesə qatacağı çox şeylər var. İlk növbədə təzyiqi aşağı salmaq bu prosesə kömək edəcək. ABŞ tərəflərlə yaxın əlaqə içərisində olmağa davam edəcək və Küveyt əmirinin vasitəçiliyini dəstəkləyəcək. "

Qeyd edək ki, Tillersonun adını çəkdiyi 4 ərəb ölkəsi Qətərə 13 maddədən ibarət ultimatum göndərmiş və tələblərin yerinə yetirilməsi üçün 10 gün möhlət vermişdi. Qətərin Xarici İşlər Nazirliyi isə rəsmi açıqlama yayaraq, ultimatumu rədd etdiyini bildirmişdi. İndisə ABŞ dövlət katibinin tamamilə bu məlumatların ziddinə bəyanat verməsi, Vaşinqtonun vəziyyət nəzarət çıxmadan tərəflər arasında vasitəçilik etmək niyyətindən xəbər verir.




Ana səhifəyə qayıt        Baxış: 853          Tarix: 25-06-2017, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma