
Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 15:25
Bu gün, 11:52
Bu gün, 11:00
Bu gün, 09:28
Dünən, 23:45
Dünən, 21:58
Dünən, 20:26
Dünən, 18:08
Dünən, 15:30
Dünən, 14:37
Dünən, 13:07
Dünən, 12:11
Dünən, 11:07
Dünən, 09:03

Həyatını otaylı-butaylı Azərbaycanın azadlığına, milli bütövlüyə həsr edən, öz ideyaları uğrunda mübarizədən yorulmayan Rəhbəri Nasir (Siyamək) dünən haqq dünyasına qovuşub.
Ovqat.com xəbər verir ki, milli azadlıq aşiqlərinin Siyamək kimi tanıdığı bu dəyərli insan əsrin vəfası sayılan koronavirusa yenik düşüb.
1964-cü ildə Təbriz yaxınlığındakı Əcəbşir şəhərində dünyaya göz açan Siyamək yeniyetməlik dövründən Cənubi Azərbaycanın milli azadlıq hərəkatına qatılıb. 1979-cu ildə hələ 15 yaşında olanda İran İslam İnqilabının fəal iştirakçısı kimi tanınır. Bütün inqilablar kimi İran İslam İnqilabı da öz “balalarını yeyəndə” ilk hədəf kimi seçilən şəxslərdən biri olur. Molla rejiminin ağır təqiblərinə məruz qalan gənc vətənpərvər İranda yaşaya bilməyəcəyini anlayıb, aparıcı üzvü olduğu “Fədailər” təşkilatının xüsusi tapşırığı və qurumun ideyasını yaymaq məqsədi ilə 1985-ci ildə Şimali Azərbaycana keçməyi bacarır.
Böyük ümidlərlə gəldiyi vətənimizdə də tale onun üzünə gülmür. 1990-cı ildə milli azadlıq hərəkatındakı fəaliyyətinə görə həbs olunmaq təhlükəsi ilə üzləşən Siyamək Bakıdan Naxçıvana qaçır. Naxçıvanda isə daha ağır sürprizlə qarşılaşır. Muxtar Respublikanın ozamankı yerli hüquq mühafizə orqanlarının əməkdaşları onu yaxalayaraq İrana təhvil verir.

Bir müddət İranda həbsxanada yatan soydaşımız azadlığa buraxıldıqdan sonra ikinci dəfə sərhədləri keçməyi bacarır. Bu dəfə də yaxalanıb Azərbaycan məhbəslərinə salınır. AXC-nin tələbləri ilə həbsdən azad olunan fədai günü-gündən genişlənən milli azadlıq hərəkatında daha fəal iştirak etməyə başlayır. Əsasən cənublu soydaşlarımız arasında təbliğati işlər aparan Siyamək bəy bir çox fədailərin yetişməsində iştirak edib.
Nə yazıq ki, son illər dünyada yayılan koronavirus pandemiyası onun əvəzsiz fəaliyyətini yarıda kəsib. Ömrünün 56-cı baharında bu xəstəliyə yaxalanan fədai müalicə aldığı xəstəxanada dünən həyatla vidalaşıb.
Fədainin yaxınları, cəbhədaşları dəyərli Azərbaycan sevdalısına Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı verir.
Allah rəhmət eləsin!
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar