Xəbər lenti


 

İstanbul Aydın Universitetinin Hüquq fakültəsinin məzunu Gülzar Şıxəliyeva redaksiyamız vasitəsilə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova öz təşəkkürünü bildirib.

 

Şıxəliyevanın sözlərinə görə, Rəşad Məmmədov ona oxuduğu illərdə Türk Soyluluk sənədi almaqda əvəzsiz köməkliklər edib.

 

Yaxşılıqları təşviq, pislikləri tənqid etməyin peyğəmbərin tövsiyəsi və mənəvi borcumuz olduğunu nəzərə alıb redaksiyamıza ünvanlanan məktubu olduğu kimi Ovqat.com oxucularının diqqətinə çatdırırıq:

 

 Salam , Hörmətli Cənab Səfir! 

 

Mən İstanbul Aydın Universitetinin Hüquq fakültəsindən məzun Gülzar Şıxəliyeva. Hüquq təhsilimin davamı olaraq İstanbul Barosunda stajımı tamamlamağım üçün lazım olan Türk Soyluluk sənədi ilə bağlı müraciətim sizin tərəfinizdən operatif bir şəkildə dəyərləndirildi və karyeramda lazımi addımları atmağım üçün önəmli rol oynayan bu məsələ çox qısa bir zamanda öz həllini tapdı. 

 

Cənab Səfir, öncəliklə göstərdiyiniz dəstək və diqqətinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. 

 

Ayrıca vurğulamaq istəyirəm ki, sizin dəstəyinizi hiss etmək biz gənclərin təhsil və karyera həyatında əmin addımlarla ilərləməsinə vəsilə olur. 

 

Şərəfli vəzifənizdə yolunuzun daim açıq olmasını və işlərinizdə uğurlar arzu edirəm.

 

Hörmətlə Gülzar Şıxəliyeva.




Ana səhifəyə qayıt        Baxış: 3 816          Tarix: 15-04-2023, 18:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma