Xəbər lenti


Məlumat üçün bildiririk ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib. 

 

Ovqat.com-a bu barədə məlumat Azərbaycan Dəmir Yolları” QSC-dən verilib.

 

Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır”, - məlumatda qeyd olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 3 760          Tarix: 27-05-2023, 22:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma