Xəbər lenti

 

HƏMAS İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü briqada generalı Ramazan Şərifin “Əqsa tufanı” əməliyyatı ilə bağlı açıqlamalarını təkzib edib.

 

Ovqat.com-un məlumatına görə, SEPAH generalının ““Əqsa tufanı” əməliyyatı Qasım Süleymaninin “qisası” idi” açıqlaması ilə bağlı bəyanat yayan HƏMAS bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

 

““İslami Müqavimət Hərəkatı HƏMAS İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü briqada generalı Ramazan Şərifin “Əqsa tufanı” əməliyyatı və onun səbəbləri ilə bağlı söylədiklərinin doğruluğunu təkzib edir.

 

HƏMAS ilk növbədə Məscidül-Əqsanı təhdid edən təhlükələrin qarşısını almaq üçün “Əl-Əqsa tufanı” əməliyyatını keçirdiyini dəfələrlə vurğulamışdır. HƏMAS həmçinin təsdiq edir ki, Fələstinin bütün müqavimət hərəkətləri işğalın mövcudluğuna və onun xalqımıza və müqəddəsliklərimizə qarşı davam edən təcavüzünə cavab olaraq baş verir”, - bəyanatda vurğulanıb.

 

Xatırladaq ki, İranın rəsmi xəbər agentliklərindən biri olan İSNA-nın verdiyi müsahibəsində SEPAH-ın briqada generalı Şərif bu açıqlamanı vermişdi:

 

"Əl-Əqsa tufanı ABŞ və sionistlər tərəfindən general Süleymaninin öldürülməsinin intiqamlarından biri idi. Şübhəsiz ki, bu qisaslar müxtəlif zaman və məkanlarda davam edəcək".






Ana səhifəyə qayıt        Baxış: 4 321          Tarix: 28-12-2023, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma