Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Şəkildə: Faiq Balabəyli (həbsxanada)
1987 – ci ilin yazı idi. Rayonda “Cəlilabad töhfələri” ədəbi birliyi fəaliyyət göstərirdi. Tanınmış şair Abbasağa Azər Türk də həmin dərnəyin rəhbəri idi. Ayda bir-iki dəfə yığışar yeni yazılarımızı oxuyub, müzakirə edərdik. O vaxtlar şeir yazırdım və hər şeir oxuyanda Abbasağa müəllim üzünü turşudub deyərdi ki, sən şeir yazmağdan əl çək, sənin şeirlərin “kəndçifasondur”.
Təbii ki, şairin sözləri qəlbimə toxunsa da, “kəndçifason şeirin” necə olduğunu da anlamaq istəyirdim.
Növbəti tədbirlərimizin birində, məclisin qurtarar-qurtarmaz vaxtında otağa gənc bir oğlan daxil oldu. Nəfəsini çiynlərindən aldığından məlum olurdu ki, qaçaraq gəlib.
Abbasağa müəllim onun kimliyini soruşdu. Ortaboylu, qıvrım saçları pırpız duran, sarışın oğlan: - Adım Faiqdir, Bakıda yaşayıram, bildim bu gün məclisiniz var, şeir oxumağa gəlmişəm”- dedi. Oxu!.. – deyə Abbasağa müəllim uca səslə dilləndi.
Faiq “Dəniz” adlı şeirini əzbərdən söylədi. Necə söylədisə oradakıların hamıısı, elə ustadımız Abbasağa müəllim də heyrətindən çiyinlərini çəkdi.
Başqalarını deyə bilmərəm, elə o gündən mən şeir yazmağın daşını atdım və anladım ki, şeir yazmaq mənlik deyil. Çünki mənim yazdığım çızmaqaralar, doğurdan da, Faiqin oxuduğu şeirin yanında, Abbasağa müəllim demişkəm “kəndçifason” şeirlərmiş...
İndi haqqında bəhs etdiyim Faiq Balabəyli mənim üçün dəyərli dost, işgüzar insan və istedadlı bir qələm sahibidir. O, bütün anlarda, bütün yerlərdə özünü tapan və təsdiq edən bir insandır, bunu əminliklə deyirəm. Faiqin yaradıçılığı çoxşaxəlidir, istər publisistik məqalələri, istər şeiriyyatı, stərsə də nəsri ayrı-ayrılıqda özünün təsdiqini tapmış mükəmməl sənət əsəri nümunələridir. Bu sahələrin hər birindən uzun-uzadı həm danışmaq, həm də yazmaq olar. Enerjili bir insan olan Faiq üçün vaxt məhdudiyyəti yoxdur, o hər an işləyir; yol gedəndə də, yemək yeyəndə də, lap elə yuxu görəndə də.
Faiq Balabəylinin yaradıcılığının əsas ana xəttini onun poeziyası təşkil edir. Şeirlərinin dili sadə, yapışıqlı, mövzusu rəngarəng olduğu qədər də doğma və ürəyəyatımlıdır. Faiq süstlükdən, ölgünlükdən və primitiv boyalardan qaçan şairdir. Onun şeirlərinin canı diri və çılğındır. Şeiri oxuyub qurtarandan sonra o dirilik, çılğınlıq sanki ruha çevrilir və bir müddət insanı öz aurasında saxlamağı bacarır.
Son illər Faiq Balabəyli şeirdən publisistikaya daha sonra da nəsrə adladı. Bu keçid çox uğurlu alındı. Onun müxtəlif sahələrdən yazdığı məqalələri yüz minlərlə oxucu diqqətini özünə cəlb edə bildi.
Qəfil qapını döyüb, haqqında yazacağı qəhrəmanını az qala yataqda yaxalamasından tutmuş, yol kənarında durub müştəri gözləyən “qədim peşə sahiblərindən”, ac-sərgardan dolaşan, səfil həyat tərzi keçirən”bomojlardan”, sənətiylə xalqın iftixarını qazanmış elm-bilik adamlarına kimi hər kəsdən yazdı. Amma yazdı ha...
Yuxarıda Faiq Balabəyli enerjli adam olmasından bəhs etdim. Bu doğurdan da belədir. O, o qədər güclü enerjiyə malikdir ki, hətta bu gücə onun ürəyinin damarları da tab gətirmədi. Nə yaxşı ki, qardaşımız bu sınaqdan da yaxşı çıxdı. Özünü və qəlbini tam şəkildə “təmir etdirən” Faiq Balabəyli xəstəxanadan çıxar-çıxmaz oxucularına “Bayıldan Bayıra” kitabını təqdim etdi. O kitabın bir nüsxəsini də, öz əliylə mübarək qələmindən süzülən ən xoş sözlərlə bəzəyib mənə də təqdim etdi. Kitabda yazılanların çoxunu Faiqin öz dilindən çox eşitmişdim. Amma buna baxmayaraq vaxt ayırıb kitabı başdan-ayağa oxudum. Məni bir şey daha çox maraqlandırırdı, mənim tanıdığım çılğın, bir az özündən razı, eyni zamanda təvəzökar və sözün yaxşı mənasında dikbaş olan, daima hərəkətdə olan Faiq Balabəyli ilə, tikanlı məftillərlə əhatəyə alınmış, quş quşluğuyla qanad salmayan, minlərlə “mənəm-mənəm” deyən adamların sındırıldığı, darkameralı bir məkana düşmüş, azadlığı əlindən alınan Faiq Balabəylinin fərqi nədən ibarət olacaqdır. Yoxsa Allah eləməmiş...
Kitabı oxuduqca, sanki flimə çəkilən qəhrəmanımızın ssenariyə uyğun olaraq, yavaş-yavaş özünə gələn obrazı gözlərimizin önündə canlanır. Vaxtilə başına gələn qorxunc əhvalatları indi nəql edən bir insanın, həmin məqamdakı stress hissini yumorla xatırlatmağını görürük onda. Bu çox yaxşı cəhətdir.
Faiq Balabəylinin qismətinə çox yaxı şeylər düşdüyü kimi, türmə həyatı da yazılıbmış. Bu onun xoşbəxtçiliyi imiş ya bədbəxtçiliyi bilmərəm, amma tam əminliklə deyə bilərəm ki, Faiq Balabəyli ora düşməsəydi, “Burda darıxmaq olmaz” və “Bayıldan Bayıra” kitabları yazılmayacaqdı və biz də bu barədə heç nə bilməyəcəkdik.
Kitab olduqca maraqlı və ustalıqla yazılmışdır. Doğrudur, orada təsvir olunanların hamısı bir kino lenti kimi Faiq Balabəylinin gözlərinin önündən keçən və bilavasitə özünün də iştirakçısı olduğu hadisələrdir. Amma nə olursa olsun, o həyatı yaşamaq, o ağrı-acını duymaq və yazmaq çox çətindir.
Bir məqamı vurğulamaq istəyirəm, bu hal ola bilsin ki, çoxumuzun nəzərindən qaçar. Faiq Balabəyli türmədə olduğu vaxtlar bir an da olsun özünün yazar olduğunu unutmadı. Sanki o, harasa ezam olunmuş bir jurnalist kimi hər bir detalı, hadisəni dəqiqliklə “yaddaş dəftərçəsinə” köçürdü.
“Bayıldan Bayıra” kitabı qapalı dünyanın çox sirrlərindən, çox mətləblərindən oxucunu xəbərdar edir. Heç kəsin arzulamadığı həyat tərzi Faiq Balabəylinin qələmində elə təsvir olunur ki, iraq olsun, çoxlarımızın könlündən o həyatla birbaşa tanış olmaq kerçir. Lap, elə mənim orta məktəbdə oxuduğum “Geniş üfüqlər” kitabındakı təsvir olunan gənc traktorçu kimi. O kitabı oxuyandan sonra özümə söz vermişdim ki, traktorçu olacağam.
Həbsxana həyatıyla azadlıqda yaşamağın fərqini müəllif kitabda təbiət təsviriləriylə elə canlı şəkildə izah edir ki, bunu başqa cür ifadə etməyə insan söz tapa bilmir: - “Bayıl türməsinin həyətindəki ağacların sıx yarpaqları da insana sərinlik vermir. Bu ağaclarda da, bir hüzn, bir matəm yarpaqlayır, çiçəkləyir. Görünür, elə buna görədir ki, bu ağacların bəhrəsi beş addım o yana- qalın hasarların o biri üzündə bitən ağacların tamını vermir, onların tamından qan-irin iyi gəlir”.
Bəşər övladı üçün azadlıqdan gözəl nemət yoxdur. İnsan azad düşündüyü kimi azad yaşamalıdır da. Bunu hamımız istəyirik. Amma yazıçı, şair bal arıları kimidir, bal arıları çiçəkdən də, zəhərdən də bal topladıqları kimi, yaradıcı adam da, ağrı-acının “tamını” bilməlidir.
Görkəmli rus yazıçısı Kuprinin belə bir fikri var: Mən gəmidə ocaqçı, meşədə baltaçı, xırmanda dənsovuran, limanlarda yükdaşıyan işlədim ki, görüm bu işlə məşğul olanlar nə edirlər? Amma çox istərdim ki, tanrım məni heç olmasa bir dəfə qadın cildinə salsın və mən dünyaya uşaq gətirə bilim, görüm qadınlar doğanda hansı hiss və ağrını keçirirlər? Bəli, əsl yazıçı istəyi, amalı, yazmaq eşqi budur.
Faiq Balabəylinin “Bayıldan Bayıra” kitabı bir həyat hekayətidir, müxtəlif xarakterli, müxtəlif peşə sahibi olan insanların dəmirbarmaqlıqlar arasında eyni cür yaşam tərzidir. Müəllifin dediyi kimi burada hər şey insana cirəylə verilir, yemək də, hava, su da... burada ancaq bol-bol düşünə bilərsən. Nə faydası, onda da min fikir bir borcu ödəmir.
Faiq Balabəylinin “Bayıldan Bayıra” kitabı haqqında çox yazmaq olar. Amma bir şeyi unutmayaq ki, Faiq bəy özü bu barədə hər şeyi yazıbdır.
Sözümün sonunda həm dəyərli oxuculara, həm də xatirini çox istədiyim Faiq Balabəyliyə bir sözüm var. Birincisi, oxuculara üz tuturam. Əziz oxucular, televiziya kanallarının hansındasa bir verliş gedirdi, yəqin ki, seyr etmisiniz, qılınc udurdular, timsahın, şirin ağzına başlarını soxurdular, nə bilim zəhərli inlanlarla bir yerdə yatırdılar. Çox qorxunc bir verliş idi. Verlişin aparıcısı sonda tamaşaçılara xəbərdarlıq edirdi ki, məbadə siz bunları təkrarlayasınız. Mən də deyirəm, o qapalı dünyadan nə qədər yazırlarsa yazsınlar, heç vaxt oranı arzulamayaq.
İkincisi, Faiq Balabəyliyə üz tuturam, əziz Faiqimiz, həbsxanada olarkən həyat yoldaşına həsr etdiyin şeiri indi də eyni yanğı və təəssüf hissi olmadan oxuya bilmirsən. O şeir hamımızın qəlbini ağrıdır. Sənin “Bayıldan Bayıra “kitabın çox gözəldir, oxuduğum kitabların çoxundan təsirlidir, amma məni qınama, mənə elə gəlir ki, o kitab - sən içəridə olarkən həyat yoldaşının sənin üçün axıtdığı gözyaşlarının heç bir damlasına da dəyməz...
Sənə Bayırda yazmağı arzulayıram...
Meyxoş Abdullah
yazıçı

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar