Dostlar! “Ovqat.az” saytının redaktoru, tanınmış jurnalist Heydər Oğuz dünən peşə fəaliyyətinə görə Baş Prokurorluğa çağırılmışdı. Onu tanınmış bir məhbusdan, ABB keçmiş rəhbəri Cahangir Hacıyevdən aldığı yazılı müsahibəyə görə Baş Prokurorluğa dəvət etmişdilər. Jurnalistin məhbusdan müsahibə götürməsi görünür Baş Prokurorluğun ciddi narahatçılığına səbəb olub. Heydər Oğuz prokurorluqda “yüksək” səviyyədə qəbul olunub. Onu bilavasitə Baş Prokurorun birinci müavini Rüstəm Usubov şəxsən özü sorğu-suala tutub.
Korrupsiyaya qarşı mübarizə komissiyasının sədr müavini “Azərbaycanın pulyuyan maşınından çıxan” Baş Prokurorluq Heydər Oğuzdan müsahibə necə, hansı yollarla götürdüyü ilə maraqlanıb, məhbusdan alınmış müsahibənin yayılmasının qanunazidd olduğunu ona xatırladıb. Maraqlıdır, Milli Şura olaraq biz 3 həftədən çoxdur ki, ölkədən gizli yollarla oğurlanmış 3 milyard dollar vəsaitin araşdırılması barədə Baş Prokurorluğa rəsmi müraciət etmişik. Amma bu günə kimi bir reaksiya yoxdur. Nədən jurnalistin bir müsahibəsinə “operativ” reaksiya verən qanunçuluğa nəzarət orqanı 3 milyardlıq vəsaitin oğurlanmasına göz yumur? Şübhəsiz ki, səbəbsiz deyil. Axı, həmin 3 milyardın yarısı məhz Beynəlxalq Bank vasitəsi ilə xaricə köçürülüb. Özü də quşçuluq fabrikin yosma bir dam-daşında yaşayan qaçqın Məhərrəm Əliyevin təsis etdiyi “Baktelekom MMC” adından. Bəlkə müsahibə elə bu məsələlərə də gəlib çıxacaqdı? Axı həmin köçürmələr vaxtı Cahangir Hacıyev ABB-nin rəhbəri olub. Əgər xatırlayırsınızsa, dövlətin rəsmi qurumu olan Maliyyə Nazirliyi bir vaxtlar Cahangir Hacıyevin 5 milyard vəsait xaricə köçürməsi haqqında açıqlama vermişdi. Yəqin ki, həmin 5 milyardın arxasında hansısa müəmma olduğu üçün tez ört-basdır edildi.
Müsahibəyə görə jurnalisti baş prokurorluğa çağırmaq Heydər Oğuza, onunla yanaşı, azad sözə və mətbuat haqqında qanuna ziddir, peşə fəaliyyətinə birbaşa müdaxilədir, jurnalisti təhdid etmək, qorxutmaq, çəkindirmək çəhdidir. Amma baş verənlər barədə Heydər bəyin Ramiz Mehdiyevə müraciətə cəhd etməsi, jurnalistin ölkə mətbuatını məhv edən baş ideoloqdan ədalət umması əvəzinə, biz onu Milli Şuranın 7 oktyabr mitinqində çıxış etməyə, peşə fəaliyyətinə olan kobud müdaxilə barədə ictimaiyyətə canlı, geniş məlumat verməyə dəvət edirik.
Yeri gəlmişkən, məlum müsahibəyə görə təhdid edilən tək Heydər Oğuz deyil. Məlum olan son məlumatlara görə bu müsahibə ilə bağlı bu gün Cahangir Hacıyev də karsa, onun vəkilləri isə çək-çevirə salınıb. Yəqin Baş Prokurorluq bilməmiş deyil ki, qanun məhbusa yazılı müsahibə verməyi qadağan etmir.
Xural.com
Paylaş: