Xəbər lenti

 

 

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ədliyyə nazirini xalqa şikayət edib.

Ovqat.com xəbər verir ki, prezident özünün Twitter hesabında istintaq altında olduğundan şikayətlənərək yazıb:

"Mənə Federal Tədqiqatlar Bürosunun (FBI) rəhbərini qovmağı söyləyən adam tərəfindən indi bu tövsiyyəni yerinə yetirdiyim üçün istintaqa cəlb edildim”.

Trampın bu sözlərlə daşı ABŞ-ın Ədliyyə nazirinin müavini Rod Rosenşteynə atdığı güman olunur. Zira FBİ-nın sabiq sədri Ceyms Komini işdən uzaqlaşdırarkən, ABŞ prezidenti Ədliyyə nazirinin müavinindən məktub aldığını, məktubda Kominin işdən qovulmasının tövsiyə olunduğunu və özünün də bu tövsiyəyə əməl etdiyini bildirmişdi.

 

Qeyd edək ki, ABŞ mətbuatında bir müddətdir ki, Trampın istintaq altında olduğu bildirilir, amma bu iddia nə təsdiq, nə də təkzib edilirdi. Trampın Twitter hesabındakı paylaşımı ilə artıq bu məlumat öz təsdiqini tapmış sayılır.

ABŞ Ədliyyə naziri Jeff Sessions mart ayında vəzifəsindən istefaya gedəndən sonra onun müavini Rod Rosenşteyn Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxilə edib etmədiyiylə əlaqədar açılan istintaqı yürütməyi öz boynuna götürmüşdü. Daha sonra o, istintaqı aparmaq üçün sabiq FBI sədri Robert Muelleri xüsusi prokuror təyin etmişdi.

Muellerin isə Trampı da istintaq çərçivəsinə daxil etdiyi xəbər verilirdi.




Ana səhifəyə qayıt        Baxış: 876          Tarix: 16-06-2017, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma