ABŞ prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komini istefaya göndərməsinin əks-sədası səngimək bilmir.
Ovqat.com xəbər verir ki, dünyanın ən nüfuzli ali təhsil müəssisələrindən olan Harvard Universitetinin hüquq professoru Laurens Trayb da hadisəyə münasibət bildirərək, Trampın impiçment məsələsini gündəmə gətirib.
Trayb, “Vaşinqton Post” qəzetinə yazdığı məqaləsində Trampın bu qərarını "milli təhlükəsizliyi maraqlandıran bir istintaqı qarşısını almaq istiqamətində göstərilən təşəbbüs" kimi xarakterizə edib:
“Aparılan bir çox istintaqın nəticələrini gözləmək, millətimizin taleyini avtoritar liderin həvəslərinə bağlamaq riski daşıyacaq”.
Qeyd edək, ABŞ prezidentinin FBI direktorunun vəzifəsinə son verməsinin ardından "Impeach Trump Now" (Dərhal Trapı impiç edin!) adlı bir kampaniya başladıldı. Trayb da Trumpın bu kampaniyanın hüquq məsləhətçiləri kimi çıxış edir.
Ötən cümə günü həmin kampaniyanın idarə heyətinə qatılan hüquqşunas alim verdiyi açıqlamada "impiçment prosesini başladaraq Konstitusiyanın qorumaq vəzifəsinin Konqresin öhdəsinə düşdüyünü” deyərək, bildirmışdi:
“Tramp Nümayəndələr Palatasına 'qovuldunuz' deyə bilməz".
Harvard Universitetinin digər hüquq professoru Noah Feldman da paylaşdığı “tvit”də eyni mövzuya toxunub. O, yazırdı:
"Trampın Komini istintaqdan qaçdığı üçün vəzifəsindən qovduğu sübut edilərsə, vəzifəsindən sui-istifadə, korrupsiya kimi ittihamlar qanunun aliliyinə zərər verəcək”.
Trampın FBI direktorunu vəzifədən uzaqlaşdırmasının ABŞ-da böyük əks-səda yaratması təsadüfi deyil. Komi Trampın komandasındakı bəzi şəxslərin ötənilki seçki kampaniyasında Moskva ilə qurduğu əlaqələri araşdırır və növbənin Trampa gəlib çıxacağı ehtimalı da istisna edilmirdi.
ABŞ Prezidenti dünən paylaşdığı yeni “tivit”iylə də bu atəşli mübahisələrin üzərinə yağ töküb. O, işdən qovduğu FTB-nun sabiq direktoruna uzun müddət mübahisələrə yol açacaq mesaj göndərərək yazıb:
"Komi mətbuata məlumat sızdırmamışdan əvvəl özüylə apardığımız danışıqların yazılmadığına arxayın olmasın, məncə".
Trampın bu mesajı açıq-aşkar təhdid kimi qiymətləndirilə bilər.
Paylaş: