Xəbər lenti

 

Türkiyə Milli Təhlükəsizlik Qurumu (MGQ) bu gün yerli vaxtla saat 15.20-də  Prezident Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə toplanıb.

Ovqat.com Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıda iki məsələnin müzakirəsi gözlənilir: Afrin əməliyyatı və ölkənin bəzi vilayətlərində elan olunan fövqəladə vəziyyətin uzadılması.

Türkiyənin bu toplantıdan sonra Afrinə hərbi müdaxiləsinə qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ silahlandırdığı kürd separatçılarından ibarət 30 minlik sərhədçi diviziyası yaratmaq istəyir və buna ən çox qarşı çıxan Türkiyədir.

Qardaş ölkənin prezidenti R. T. Ərdoğan hadisəni şərh edərkən, açıq şəkildə PKK/PYD birləşməsinə qarşı hərbi əməliyyata başlaya biləcəyini, hətta ABŞ ordusuyla da qarşılaşmaqdan çəkinməyəcəkləri bildirərək demişdi:

"Qurduğun 30 min nəfərlik ordu orada səni tam mənasıyla təmsil edə bilməyəcək və strateji tərəfdaşının qarşısında da rəzil olacaqsan. Bizim bütün müttəfiqlərimizə dediyimiz budur: Terrorçularla aramızda durmayın. Qatil sürüləri ilə aramıza girməyin. Ortaya çıxa biləcək, arzuolunmaz hadisələrdən biz məsuliyyət daşımırıq. Terror təşkilatının üstlərindəki nişanlarınızı siz özünüz ortadan qaldırın ki, biz sizə təslim etmək məcburiyyətində qalmayaq. Terrorçularla birlikdə olanları torpağa basdırmaq məcburiyyətində olmayaq".




Ana səhifəyə qayıt        Baxış: 879          Tarix: 17-01-2018, 19:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma