Xəbər lenti

 

Rusiyanın “Zeytun budağı” əməliyyatı qarşısındaki mövqeyindən xəyal qırıqlığına uğruyan PYD/PKK qüvvələri ikinci böyük zərbəni ABŞ-dan aldı.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauer əməliyyatla bağlı bu gün yaydığı yazılı bəyanatda faktiki olaraq Türkiyəni dəstəkləyib.

Ovqat.com xəbər verir ki, həmin bəyanatda xanım diplomat öz müttəfiqini sadəcə mülki şəxslərə qarşı bir qədər diqqətli olmağa çağırıb.

Bəyanatda deyilir:

“NATO-dakı müttəfiqimiz və İŞİD-ə qarşı mübarizədə həlledici tərəfdaşımız olan Türkiyənin haqlı təhlükəsizlik qayğılarını dəstəkləməyə davam edirik. Ancaq onu hərbi əməliyyatlarını məhdudlaşdırmağa və mülki vətəndaşların ölümünə qarşı diqqətli olmağa çağırırıq. Bütün tərəfləri İŞİD-ə qarşı yönəlməyə səsləyirik. Böyük ölkələr Suriya xalqına sülh, sabitlik təmin etmək üçün birlikdə çalışmalıdır".




Ana səhifəyə qayıt        Baxış: 2 667          Tarix: 21-01-2018, 22:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma