“Prezidentin gözlənilmədən belə bir sərəncama imza atmasını izah etmək mümkün deyil. Faktiki olaraq Konstitusiya kobudcasına pozulub, dövlət çevrilişinə cəhd edilib”.
Ovqat.com xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev bildirib.
Əməkdaşımızla söhbətində bu qərarın hansısa ciddi təhlükədən doğa biləcəyini deyən Rəsul Quliyev fikrini belə əsaslandırıb:
“Hakimiyyətə xalq tərəfindən oktyabr seçkisində heç bir təhlükə gözlənilmədiyi halda, hansı amillərin əsas götürülüb bu addımın atılması müəmmalıdır, izah etmək mümkün deyil. Belə bir addım atmaqla faktiki alternatifsiz (bu günə qədərki seçkilərdə belə bir hal olmayıb, heç olmazsa alternativlilik görüntüsü yaradılırdı) seçki keçirmək cəhdi bizim bilmədiyimiz çox ciddi təhlükədən xəbər verir. Bir neçə günə bu qorxunun səbəbləri aydın olacaq”.
Bəs, demokratik qüvvələr bundan sonra hansı addımları atmalıdır?
Rəsul Quliyevin fikrincə, problemlə əlaqədar müxalifət 2-3 gün ərzində (kiçikli-büyüklü hamının iştirakı ilə) bəyanət qəbul etməli və bütün beynəlxalq təşkilatlara, Qərb ölkələrinə öz mövqeyini açıqlamalıdır: “Hər halda hələ ki yeganə yol budur”.
Esk-spikerin daha təfsilatlı mövqeyi ilə çapa hazırladığımız müsahibəsində tanış ola bilərsiniz.
Paylaş: