Xəbər lenti

rəsul quliyev ile ilgili görsel sonucu

“Azərbaycan höküməti beynəlxalq aləmin tanıdığı, qəbul etdiyi jurnalistləri, insan haqları müdafiəçilərini məqsədyönlü şəkildə məhv edir”.

Ovqat.com xəbər verir ki, eks-spiker Rəsul Quliyev öz facebook səhifəsində paylaşdığı statusunda belə yazıb.

Tanınmış jurnalist və ziyalı Mehman Əliyevin həbsinə həsr olunmuş statusda daha sonra bildirilir:

“Son bir neçə ildə Azərbaycan höküməti intellektin elitası sayılan Leyla Yunus, Xədicə İsmayıl, Rauf Mirqədirov, Rəsul Cəfərov və başqalarını həbs edib qismən və ya bütövlüklə sıradan çıxarmağa nail olubdur. Bu gün isə Sovet dövründə müstəqil agentlik yaratmağa nail olmuş talantlı jurnalist Mehman Əliyevi həbs etmişdir. Mehman Əliyevin təsis etdiyi “Turan” Agentliyi 27 ildir fəaliyyət göstərir və Azərbaycanın bütün dünyada tanınmış yeganə obyektiv informasiya obyektidir. Mehman Əliyev Azərbaycanda həmişə obyektiv jurnalistikanın simvolu hesab edilib. Təmiz, düzgün, vicdanlı, əlahiddə bir talanta sahib olan belə bir şəxsin həbs edilməsi mənəviyyatsızlığın zirvəsidir.

25 il ərzində bu hakimiyyət ölkənin ən talantlı insanlarının aradan götürülməsinə nail olub və milləti manqurtlaşdırma siyasətindən əl çəkənə oxşamır.




Ana səhifəyə qayıt        Baxış: 2 413          Tarix: 26-08-2017, 02:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma