Xəbər lenti

 İranın əfsanəvi genaralı İsraili təhdid etdi: “Son hədəf sionist rejimin tamamilə dağıtmaqdır”

"İmad Muğniyyə və onun kimi İsrail tərəfindən öldürülən insanların qanının qisası bir raket atmaq və ya bir adamın öldürülməsi alına bilməz, sionist rejimin bütün əsasını dağıtmalıdır".

Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, İslam İnqilabı Keçikçiləri Qvardiyasına bağlı Qüds Qüvvələri komandanı Qasım Süleymani belə deyib.

İranın əfsanəvi generalı Qasım Süleymani 2008-ci ildə uğradığı hücum nəticəsində həyatını itirən Hizbullah komandirlərindən İmad Muğniyyə üçün Tehranda keçirilən anım mərasimində İsraili sərt ifadələrlə hədəf alıb. Çıxışında sionist rejiminin Suriyada keçirdiyi əməliyyatlara da toxunan general bildirib ki, bu dəlicəsinə hücumlar Tel-əvivin dəhşətə qapılmasından irəli gəlir.

Bəs, Qasim Süleymaninin böyük təqdirlə yad etdiyi, qanının qisasını bütün İsrailə bərabər tutduğu İmad Muğniyyə kimdir?

 

Əsl adı Hacı Rızvan olan İmad Muğniyyə 1962-ci ildə Livanın cənubundakı Sur şəhərinə bağlı Tayr kəndində dünyaya gəlib. Gənclik illəri Livanda uzun müddət davam edən vətəndaş müharibəsi dövrünə düşən İmad Muğniyyə 15 yaşında Fələstindəki Fəth təşkilatına qoşulub. Daha sonra “Fəth”dən ayrılaraq, Livanda İmam Musa əs-Sədr tərəfindən qurulan Əməl təşkilatına qatılıb və təşkilatın gənclər qoluna rəhbərlik edib. 1982-ci idə İsrailin Livanı işğal etməsiylə daha aktiv mübarizə həyatına başlayıb. Ətrafına gənc livanlıları toplayaraq başladığı mübarizədə çox böyük uğurlara imza atıb.

Xüsusilə Livan Hizbullahının qurulmasından sonra İsrailə qarşı mübarizəsini bu cəbhədə davam etdirən İmad Muğniyyə rəhbərlik etdiyi bir çox əməliyyatlarla İsrail ordusunun 2000-ci ildə cənubi Livandan çəkilməsində son dərəcədə əhəmiyyətli rol oynayıb. 2006-ci ilin iyulunda İsraillə aparılan son müharibəyə komandanlıq edən İmad Muğniyyə İsrailin məğlubedilməzlik mifini sındıran yeganə ərəb komandiri kimi məşhurlaşıb.

ABŞ-ın başına 5 milyon dollar pul qoyduğu İmad Muğniyyə 12 fevral 2008-ci il tarixində Dəməşqdə uğradığı hücum nəticəsində dünyasını dəyişib.

İmad Muğniyyə Ragıb Hərb və Seyid Abbas Musəvidən sonra terror hücum nəticəsində öldürülən üçüncü ali rütbəli Hizbullah rəsmisidir.

 

Muğniyenin həyata keçirdiyi əməliyyatlar

 

 Muğniyyə İsrail və Amerika hədəflərinə qarşı bir çox hücumlarda günahlandırılır. Bu əməliyyatlara birmənalı qiymət vermək isə mümkün deyil. Bəzilərinə görə, həmin aksiyalar ən amansız terror hadisəsi, bəzilərinə görə isə, asimetrik  müharibə idi.

 

 Onun rəhbərlik etdiyi əməliyyatlardan bəziləri bunlardır:

-1983-cü ilin aprel ayında Beyrutdakı ABŞ Konsolluğunun partladılması: Bu hücum nəticəsində 63 amerikalı və livanlı əsgər öldürülüb.

 -23 oktyabr 1983-cü ildə Beyrutdakı ABŞ Marines qüvvələri qərargahının partladılması: Hücumda 241 amerikalı əsgər öldürülür və ABŞ ordusu dərhal Livanı tərk etmək məcburiyyətində qalır.

-1985-ci ildə Beyrut hava limanında Amerika TWA təyyarənin qaçırılması.

-1992 ilin mart ayında Argentinanın Buenos-ayres şəhərində 85 nəfərin ölümünə səbəb olan bir yəhudi mərkəzi və İsrail səfirliyinin hədəf alan hücum.

-1996-cı ilin iyunda Ərəbistandakı Hobar qüllələrinin bombalanması: Əl-Qaidə ilə birgə həyata keçirilən bu hücum nəticəsində 19 Amerikan əsgərinin öldürüldüyü bildirilir. 

-2000-ci ildə Şeba fermalarında İsrail əsgərlərinin əsir götürülməsi: Ümumiyyətlə, 2000-ci illərdə apardığı mübarizəylə Muğniyyə İsrail ordusunun Cənubi Livandan çıxmasına səbəb olub.

-2006-cı ilin iyulunda 2 İsrail əsgərinin əsir götürülməsi: Bu hadisə son İsrail-Livan müharibəsinə yol açıb və bir çox təhlilçilərin bildirdiyinə görə, Livanın qələbəsiylə başa çatıb. Livan ordusu zəif olduğundan bu müharibənin bütün yükü Hizbullahın çiyninə düşmüşdü. Hizbullahın silahlı qüvvələrinə də Muğniyyə rəhbərlik edirdi.

Yuxarıdakı faktlardan da gördüyümüz kimi, İmad Muğniyyə bəzi hücumları əl-Qaidə ilə birlikdə həyata keçirmişdi. Bu da səbəbsiz deyildi. Onun ödürüldüyü 2008-ci ilə qədər sünni-şiə problemi hələ indiki kimi qızışdırılmamışdı və Hizbullahın Qərb imperializminə qarşı asimertik mübarizəsi həm şiələr, həm də sünnilər tərəfindən təqdirlə qarşılanırdı. Hətta 2006-cı ildə Livandakı zəfərinə görə, Hizbullah lideri Həsən Nəsrullah Səudiyyə Ərəbistanı tərəfindən yüksək dövlət mükafatı ilə təltif olunmuşdu.

Xüsusilə Muğniyyənin əl-Qaidə kimi sünni qruplarla çox yaxın əlaqəsi vardı. İddialara görə, əl-Qaidəçilərin ilk dəfə İraqa gəlməsində haqqında danışdığımız Hizbullah komandirinin də böyük rolu olmuşdur.

Görünür, Qasım Süleymani də məhz bu mübarizliyinə görə, Muğniyyənin qanının bədəlini sionist rejimə bərabər tutur.




Ana səhifəyə qayıt        Baxış: 1 549          Tarix: 16-02-2018, 23:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma