Xəbər lenti

  

Türkiyə prezidenti bir müddət öncə rəsmi səfərə getdiyi Əlcəzairdə gözləmədiyi bir sualla qarşılaşır.

Ovqat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əlcəzairli həmkarıyla görüşdən sonra müsahibə verərkən jurnalist Osmanlı imperiyasını nəzərdə tutaraq soruşur:

 -Türkiyə Əlcəzairi müstəmləkə olaraqmı görürdü?

Sualı fransızca soruşan jurnalistə Ərdoğanın cavabı isə qısa və hikmətamiz olur:

-Əgər türklər müstəmləkəçi olsaydı, siz bu sualı fransızca yox, türkcə verərdiniz.

Maraqlıdır ki, Ərdoğanın cavabı ərəblərin də xoşuna gəlib. Qətərin məşhur jurnalistlərindən Faysal Qasim bu dialoqu özünün tweetter hesabında paylaşaraq sonuna 4 ədəd gülüş işarəsi qoyub.

 




Ana səhifəyə qayıt        Baxış: 2 024          Tarix: 1-03-2018, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma